SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsraildə böyük saziş əldə edildi

© Photo : AMOS BEN GERSHOM, GPOAviqdor Liberman və Benyamin Netanyahu
Aviqdor Liberman və Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Benyamin Netanyahunun lideri olduğu Likud ilə radikal sağçı Aviqdor Libermanın lideri olduğu "Evimiz İsrail" partiyaları bu gün Knessetdə koalisiya sazişi imzalayıblar

BAKI, 25 may — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahunun lideri olduğu Likud ilə radikal sağçı Aviqdor Libermanın (Avigdor Lieberman) lideri olduğu "Evimiz İsrail" partiyaları bu gün Knessetdə koalisiya sazişi imzalayıb. Sputnik "The Yerusalem Post"a istinadən xəbər verir ki, sazişə görə Aviqdor Liberman İsrailin müdafiə naziri olacaq. İmmiqrasiya naziri postu da "Evimiz İsrail"-dən olan millət vəkilinə həvalə ediləcək.

Aviqdor Liberman - Sputnik Azərbaycan
Azərbaycanın böyük dostu İsrailin müdafiə naziri postunun bir addımlığındadır

Sazişə əsasən, Likud Libermanın koalisiya qarşısında qoyduğu, pensiyaların artımı üçün büdcədən 1.4 milyard şekel ayrılması tələbini də qəbul edib. Bu ödəmə Libermanın ən böyük dəstəkçiləri sayılan sabiq Sovet ölkələrindən gələn mühacirlər üçün də keçərli sayılacaq.

"The Yerusalem Post"un yazdığına görə, Netahyahu Knessetdə baş tutan siyasi əməkdaşlıq barədə razılaşmadan sonra Libermanla bağlı müsbət fikirlərini ifadə edib. Libermanla 30 ilə yaxındır ki, əməkdaşlıq etdiyini vurğulayan Netanyahu, "Biz indi əllərimizi İsraili irəli aparmaq üçün birləşdiririk" deyib.

"Biz uzun yol gəlmişik, İsrail dövlətinin mənafeləri üçün birgə addımlamışıq. Sirr deyil ki, biz bəzən razılaşmamışıq, bəzən mübahisə etmişik, amma heç vaxt "məhz mənim dediyim olmalıdır" deməmişik, yekunda ortaq məxrəcə gəlmişik", — deyə Netanyahu bildirib.

Daha sonra Baş nazir deyib: "Mənim birinci prioritetim İsrailin təhlükəsizliyidir. Mən baş nazirəm, Libermanla birlikdə həm də müdafiə naziriyəm. Çünki İsrail Silahlı Qüvvələrinin heyətinin rəhbəri və hərbi komandan olaraq İsrailin təhlükəsizliyi üçün məsuliyyət daşıyıram".

O qeyd edib ki, İsrail öz hökumətindən sabitlik gözləyir və bu sahədəki problemlərin həllini hökumətin qarşısına vəzifə olaraq qoyub. Netanyahu millətin birliyini gücləndirəcək bir birlik hökumətinin qurulmasında maraqlı olduğunu qeyd edib. O hətta müxalifətdəki Sionist Birliyinin lideri İsaak Herzoqu da bir daha onlara qoşulmağa çağırıb və deyib: "Biz İsrail naminə hər cür sülh sazişinə hazırıq".

Qeyd edək ki, saziş tərəflərindən biri olan Likudun liderlik etdiyi koalisiya 120 mandatlı İsrail parlamentində 66 deputatla çoxluqdadır. Liberman koalisiyada İsrailin müdafiə naziri postunu daşımaqla yanaşı, Fələstin problemi ilə də məşğul olacaq.

Xəbər lenti
0