Millət vəkillərinin toxunulmazlığı ləğv edildi

© Photo : AATürkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Böyük Millət Məclisində 138 millət vəkilinin toxunulmazlıq hüququ əlindən alınıb. Toxunulmazlıqla bağlı konstitusiya dəyişikliyi təklifi 376 səslə referendumsuz qəbul edilib.

BAKI, 20 may — Sputnik. "Mənim millətim günahkar olan parlamentariləri parlamentdə görmək istəmir. Separatçı terror təşkilatı tərəfindən dəstəklənən insanları bu parlamentdə görmək istəmirəm".

Sputnik "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Parlamentdə toxunulmazlıqların aradan qaldırılması ilə bağlı səsverməyə toxunan Ərdoğan deyib: "Əgər səsvermə 367-ni keçməzsə, 330 ilə 367 arasında bir nəticə çıxarsa, o zaman hara gediləcək? Bu işin əsl sahibi millətə gediləcək. Mən inanıram ki, mənim əziz millətim lazım olan cavabı sandıqlarda verəcək".

Bu arada toxunulmazlıqla bağlı konstitusiya dəyişikliyi təklifi 376 səslə referendumsuz qəbul edilib. Nəticədə 138 millət vəkilinin toxunulmazlığı aradan qalxıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu məsələ ilə əlaqədar toplantısında bir qrup CHP millət vəkili TBMM sədri İsmayıl Kahramana etiraz edib. Onlar "Türkiyə dünyəvi qalacaq" şüarı səsləndirərək Məclisi tərk ediblər.

Məclisdə təklifin 1-ci maddəsi səs qoyulub, 373 səslə qəbul edilib. Təklifin ikinci maddəsi isə 374 səslə qəbul edilib.

Xəbər lenti
0