Rusiyalı məmurdan inanılmaz şou

© SputnikRusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova dikdaban ayaqqabılarla "Kalinka" oynayıb. XİN sözçüsünün bu rəqsi hamını heyran edib.

BAKI, 20 may — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuat konfransında, Rusiya-ASEAN sammiti ilə bağlı qəbulda "Kalinka" oynacağı barədə jurnalistlərə verdiyi sözü yerinə yetirib. Qəbulla bağlı keçirilən mətbuat konfransında Zaxarova deyib: "Söz verirəm ki, axşam proqramında rus xalq rəqsləri olacaq. Mən "Kalinka" oynayacağam".

"Kalinka"nın anonsunu verən Zaxarova deyib ki, "bu, təkcə Rusiyada yaşayanların deyil, Çelsi fanatlarının və çox sayda əcnəbinin sevimli mahnısıdır". Bundan sonra sözügedən mahnı səslənib və Mariya Zaxarova rəqs etmək üçün səhnəyə çıxıb.

Zaxarova özü Life telekanalına deyib ki, bu tamamilə ekspromt olub və o, rəqsə hazırlaşmayıb: "Biz hamımız oturmuşduq, işləyirdik, sözün düzü, dayanmağa gücümüz qalmamışdı. Mən söz verdim ki, əgər bizim bir dəqidə vaxtımız olsa, bu qəbula gedəcəyik və mən mütləq rəqs edəcəm. İş elə gətirdi ki, sözü tutmağın vaxtı çatdı. Amma mən peşman deyiləm".

Bununla belə, Zaxarova yüksək dikdabanlarla "Kalinka"nı necə oynamasının sirrini bölüşməyib. "Bu qadın sirridir. Master-klass keçə bilərəm" — deyə Rusiya XİN-in rəsmisi zarafatla əlavə edib.

Xəbər lenti
0