Marin Le Pen, Fransanın Milli cəbhə partiyasının lideri

Fransa Krımı Rusiyanın ərazisi kimi tanıya bilər

43
Fransanın "Milli cəbhə" partiyasının lideri Marin Le Pen bəyan edib ki, prezident postuna seçiləcəyi təqdirdə Krımın Rusiyaya birləşdirilməsinin qanuniliyini tanıyacaq

BAKI, 20 may — Sputnik. Fransanın "Milli cəbhə" partiyasının lideri Marin Le Pen bəyan edib ki, prezident postuna seçiləcəyi təqdirdə Krımın Rusiyaya birləşdirilməsini qanuni sayacaq. Sputnik xəbər verir ki, Le Pen RT France-yə müsahibəsində belə deyib.

"Mən belə bir zərurəti aydın şəkildə görürəm. Bu, dəqiqdir ki, əgər mən Fransanın prezidenti olsam, Fransa Krımı Rusiyanın ərazisi kimi tanıyacaq", — namizəd bəyan edib.

Siyasətçi həmçinin əlavə edib ki, "Milli cəbhə" ilk gündən Rusiyaya qarşı sanksiyalar siyasətinin əleyhinə olub.

Krımın Rusiya ərazisi kimi tanınması təklifi Avropada tez-tez səslənir. Mayın 18-də İtaliyanın Veneto vilayət Şurası milli hökuməti Krımı Rusiyanın regionu kimi tanımağa və Moskvaya qarşı sanksiyaları dayandırmağa çağıran qətnamə qəbul etmişdi.

"Milli cəbhə" mühafizəkar dəyərlərin tərəfdarı kimi çıxış edir. Miqrasiyanın məhdudlaşdırılmasının tərəfdarı, Avrointeqrasiyanın əleyhdarıdır. Bu partiyanın Fransada populyarlığı getdikcə artır. Avropa Parlamentinə seçkilərdə bu partiya səslərin 25,4%-ni toplayıb.

2016-cı ilin fevralında Marin Le Pen bəyan edib ki, 2017-ci ilin prezident seçkilərində iştirak edəcək. Keçirilən sorğuların nəticələrinə görə, hələlik o, yalnız böyük müxalifət partiyası "Respublikaçılar"dan olan rəqibi Alen Jüppedən geri qalır.

43
Teqlər:
Marin Le Pen, "Milli cəbhə" partiyası, Krım, Fransa, Rusiya
Əlaqədar
Co Bayden: ABŞ heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq
Krımda fövqəladə vəziyyət elan olunub
Nuland: Krım Ukraynaya qaytarılmasa, sanksiyalar ləğv olunmayacaq
Etirazçılar Krıma gedən yolları bağladı
Vladimir Putin Krım tatarlarına vətəndaşlıq söz verdi