Eurovision mahnı müsabiqəsinin qalibi Camala

Məşhur jurnal bu dəfə Rusiya Ukraynanı təhqir etdi

27
(Yenilənib 11:30 20.05.2016)
Fransanın qalmaqallı "Charlie Hebdo" jurnalı öz səhifəsində "Eurovision"un Ukrayna təmsilçisi, müsabiqənin qalibi olmuş Camala ilə rusiyalı müğənni Sergey Lazarevin donuz obrazında karikaturalarını yayımlayıb

BAKI, 20 may — Sputnik. Fransanın qalmaqallı "Charlie Hebdo" jurnalı bu dəfə "Eurovision" mahnı müsabiqəsinə "ilişib". Sputnik lenta.ru-ya istinadən xəbər verir ki, Fransanın satirik "Charlie Hebdo" jurnalı "Eurovision-2016" müsabiqəsində Ukrayna və Rusiyanı təmsil etmiş müğənniləri təhqir edib.

Məlumata görə, jurnal öz səhifəsində Ukrayna təmsilçisi, müsabiqənin qalibi olmuş Camala ilə rusiyalı müğənni Sergey Lazarevin donuz obrazında karikaturalarını yayımlayıb. Müəllif karikaturaya bu qeydləri əlavə edib: "Ukrayna "Eurovision"da Rusiyanı "döydü". İstedad siyasətə yenildi".

Charlie Hebdo jurnalı Eurivision-2016 müsabiqəsində Ukrayna və Rusiyanı təmsil etmiş müğənniləri təhqir edib
© Foto: SOCIAL NETWORKS
"Charlie Hebdo" jurnalı "Eurivision-2016" müsabiqəsində Ukrayna və Rusiyanı təmsil etmiş müğənniləri təhqir edib

27
Teqlər:
Camala, "Charlie Hebdo", Sergey Lazarev, "Eurovision", Ukrayna, Rusiya
Əlaqədar
Azərbaycan XİN əcnəbi jurnalistlərə xəbərdarlıq etdi
Məhbus jurnalistin barəsindəki hökmdən apellyasiya şikayəti verilib
Xərçəng daha bir jurnalistin həyatına son qoydu
Jurnalistləri öyrədirlər ki, onları tərifləsinlər