Emma Morano

Dünyanın ən yaşlı qadınının sirri

493
O, hər gün iki ədəd çiy yumurta, yanında da 100 qram çiy ət yeyir. Günorta yuxusundan sonra ballı çörək, axşam yeməyində də tərəvəz şorbası yeyir. Və ömrünün son 80 ilini evlənməyib.

BAKI, 18 may — Sputnik. 116 il 311 gün yaşayan amerikalı Susannah Mushatt Jones bir neçə gün öncə — mayın 12-də dünyasını dəyişdi. O, dünyanın ən yaşlı qadını olaraq adını tarixə yazdırdı.

İtaliyalı Emma Moranonun isə, uzun ömür sürməyin sirrləri ilə bağlı maraqlı fikirləri var. Sputnik milliyet-ə istinadla xəbər verir ki, 1899-cu il 29 noyabrda anadan olan Morano, dünyada 19-cu əsrdə doğulub, hələ də həyatda olduğu bilinən tək adamdır.

Üç əsr görən, dünya savaşlarına şahidlik edən Morano hələ də İtaliyanın şimalında, İsveçrə sərhədi yaxınlarındakı Verbania qəsəbəsində yaşayır. Uzun ömür sürməyi hər gün çiy yumurta yeməsinə və təxminən 80 ildir subay olmasına bağlayan Morano, hələ də bunu davam etdirir.

74 yaşında qardaşı qızı Maria Antonietta deyib ki, onun üçün hər səhər kəndlilərdən təzə yumurta alıb gətirir: "Yumurtaları çiy olaraq yeyir, yalnız sarısını, əlbəttə. İki çiy yumurtanın yanında 100 qram çiy ət də yeyir. Morano ümumiyyətlə günorta yuxusundan sonra ballı çörək, axşam yeməyində də tərəvəz şorbası yeyir".

Həkimi Carlo Bava Moranonun uzun yaşamasının ən əhəmiyyətli səbəbinin genetik faktorlar olduğunu söyləyir. Onların ailəsində 100 yaşını ötmüş başqa qohumları da var.

Bava Morano isə, oğlu 6 aylıq ikən vəfat etdiyini və ona döyən ərindən boşandığını söyləyib.

493
Teqlər:
Emma Morano, Susannah Mushatt Jones, ən yaşlı qadın, yaşlı insan, uzun ömür, ən uzunömürlü qadı
Əlaqədar
Beşikdən başlayan əzablı ömür
Ömürlük məhkum intihar edib
Yüz əlli azərbaycanlı ömürlük ABŞ-da yaşamaq şansı qazanıb
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, arxiv şəkli

Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə

46
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan son 10 gündə Moskvaya 3-cü səfərini edib. İlkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Səfərin məqsədinin detalları barədə məlumat verilmir. Lakin ilkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

Bu, son 10 gün ərzində Mnasakanyanın Moskvaya 3-cü səfəridir. 

Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.

46
Yunanıstan bayrağı

Yunanıstanın Türkiyə xofu: Orduda xidmət müddətini artırır

34
(Yenilənib 00:32 21.10.2020)
Məlumata əsasən Yunanıstanda xidmət müddəti 9 aydan 12 aya qədər artırılacaq. Bundan əlavə, Yunanıstanda şəxslər hərbi xidmətə bundan sonra 19 yox, 18 yaşdan etibarən çağırılacaq.

BAKI, 20 oktyabr — Sputnik. Yunanıstan Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda bu ölkəyə məxsus Silahlı Qüvvələrində xidmət müddətini artırmağı planlaşdırır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən Yunanıstanda xidmət müddəti 9 aydan 12 aya qədər artırılacaq. Bundan əlavə, Yunanıstanda şəxslər hərbi xidmətə bundan sonra 19 yox, 18 yaşdan etibarən çağırılacaq.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

34
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC