Türkiyə Milli Təhlükəsizlik Şurası

Türkiyə-Suriya sərhədi xüsusi təhlükəsizlik bölgəsi elan edildi

38
(Yenilənib 15:45 13.05.2016)
Ada bölgəsinin 13-27 may 2016-cı il tarixlərində xüsusi təhlükəsizlik bölgəsi elan edilməsinə qərar verilib. Xüsusi təhlükəsizlik bölgəsi elan edilən yerlərdə hər cür vasitə və insanların giriş-çıxışına nəzarət ediləcək.

BAKI, 13 may — Sputnik. Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik tədbirlərini gücləndirmək, vətəndaşların can və mal təhlükəsizliyini təmin etmək məqsədi ilə, Fırat çayı üzərindəki Ada bölgəsi 15 gün müddətinə xüsusi təhlükəsizlik bölgəsi elan edilib. Sputnik milliyet-ə istinadən xəbər verir ki, bu açıqlama Gaziantep Valiliyindən gəlib.

Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri
© Foto : Mehmet Öztarsunun şəxsi arxivindən
Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri

Açıqlamada deyilir ki, sözügedən təhlükəsizlik amili nəzərə alınaraq, Ada bölgəsinin 13-27 may 2016-cı il tarixlərində xüsusi təhlükəsizlik bölgəsi elan edilməsinə qərar verilib: "Xüsusi təhlükəsizlik bölgəsi elan edilən yerlərdə hər cür vasitə və insanların giriş-çıxışına nəzarət ediləcək, lazım olan təhlükəsizlik tədbirləri görüləcək".

Məsələ ilə əlaqədar Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu Sputnik-ə açıqlamasında deyib ki, xüsusi təhlükəsizlik bölgəsinin elan edilməsi təhlükəsizlik qüvvələrinin manevr sahəsini rahatlaşdıracaq. Onun sözlərinə görə, çox uzun zamandır bölgə bir-biri ilə əlaqəli və bir-birindən müstəqil terrorçu qüvvələr tərəfindən basqına uğrayır.

"Yaxın zamanda yenə eyni bölgədə Türkiyə tərəfinə düşən raketlər Türkiyə ictimaiyyətində böyük narahatlıq oyandırdı. Suriyadakı qeyri-sabitlik Türkiyəni təhdid edir", — deyə ekspert bildirib.

Öztarsunun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin indiyə qədər yaşadığı itkilər bir zəiflik olaraq qəbul edilməyə başlayıb: "Ona görə də vətəndaşların zərər görməməsi üçün müxtəlif tədbirlər görülə bilər".

Ekspert onu da əlavə edib ki, xüsusi təhlükəsizlik bölgəsi elan edilməsi fövqəladə vəziyyət demək deyil: "Bunu təhlükəsizlik güclərinin həm bölgədə daha rahat hərəkət edə bilməsi, həm də vətəndaşların hər hansı bir zərərə məruz qalmaması üçün verilən bir tədbir qərarı olaraq görmək lazımdır. Valiliyin verdiyi açıqlamada da əvvəlcə vətəndaşların qorunması məqsədilə bu qərarın verildiyi bildirilir".

38
Teqlər:
Mehmet Fatih Öztarsu, xüsusi təhlükəsizlik bölgəsi, Ada bölgəsi, Fırat çayı, Suriya, təhlükəsizlik, sərhəd, Türkiyə
Əlaqədar
Türkiyə bu ölkədəki səfirini geri çağırdı
"Türkiyə Avropanı verdiyi qərara peşman edəcək"
"Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir"
Türkiyə - Rusiya barışığına doğru kövrək addımlar
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
İŞİD Türkiyəni raket atəşinə tutdu
Rusiyadan Türkiyəyə daha bir qadağa