Braziliya prezidenti Dilma Rousseff

Braziliya prezidenti vəzifəsindən uzaqlaşdırıldı

29
(Yenilənib 16:46 12.05.2016)
Prezident Rousseff, mühakimə olunacağı 180 gün müddətinə öz yerini müavini Michel Temer-ə verib. Xanım dövlət başçısının tutduğu vəzifədən azad edilməsi ilə bağlı səsverməni 81 senatordan 55-i dəstəkləyib.

BAKI, 12 may — Sputnik. Braziliya prezidenti Dilma Rousseff, Konqresin yuxarı palatası Senatda keçirilən səsvermə nəticəsində müvəqqəti olaraq vəzifədən alınıb. Sputnik Anadolu agentliyinə istinadən xəbər verir ki, Rousseff-in 180 gün müddətinə tutduğu vəzifədən azad edilməsi ilə bağlı səsverməni 81 senatordan 55-i dəstəkləyib.

Prezident büdcə kəsirini saxlamaq üçün maliyyə qaydalarını pozmaqda təqsirləndirilir. Sessiya, 70-dən çox senatorun söz almaq istəməsi səbəbilə təxminən 20 saat davam edib. Prezident Rousseff, mühakimə olunacağı 180 gün müddətinə öz yerini müavini Michel Temer-ə verib.

29
Teqlər:
Braziliya prezidenti, impiçment, Dilma Rousseff, Konqress
Əlaqədar
Prezident saraydan qaçmağa hazırlaşır
ABŞ prezidentliyinə ən şanslı namizəd kimdir?
Prezident 9 yaşlı uşağa görün nə cavab verdi
Prezident TQDK-nı ləğv etdi