Ərdoğan Davudoğlunun istefasına münasibət bildirdi

© AFP 2023 / ADEM ALTANTürkiyə prezidenti Rəcb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti: "Yeni qurultay xeyirli olsun, Baş nazirin şəxsi qərarıdır, hörmət edirəm"

BAKI, 5 may — Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlunun vəzifədən getmək istəməsi və AKP-də yeni qurultayın keçiriləcəyi ilə bağlı verdiyi açıqlamaya prezident Rəcəb Tayyib Ərdoğan münasibət bildirib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Ərdoğan, "Yeni qurultay xeyirli olsun, baş nazirin şəxsi qərarıdır. Hörmət edirəm" deyib.

Xatırladaq ki, prezident Ərdoğan və baş nazir Davudoğlu, dünən Prezident Sarayında bir araya gəlmişdi. Görüşdə AK Partiya üçün fövqəladə konqres qərarı alınmışdı.

Xəbər lenti
0