NATO-nun Brüsseldəki mənzil-qərargahı

Türkiyə izn verdi, yəhudilər bayram edirlər

42
İsrailə NATO-nun Brüsseldəki mənzil-qərargahında nümayəndəlik açmağa icazə verilib. Türkiyə İsrailin, Alyansın təlim və əməliyyatlarında iştirakına tətbiq etdiyi vetonu ləğv edib.

BAKI, 4 may — Sputnik. İsrail dövlətinə NATO-nun Brüsseldəki mənzil-qərargahında nümayəndəlik açmağa icazə verilib. Sputnik Türkiyənin "Sözcü" qəzetinə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu NATO rəhbərliyinin bu addımını alqışlayaraq, bu qərarın ölkəsinin təhlükəsizliyinə töhfə verəcəyini bildirib.

İsrailin Avropa İttifaqındakı səfiri David Veltser qeyd edib ki, Türkiyə İsrailin, NATO-nun təlim və əməliyyatlarında iştirakına tətbiq etdiyi vetonu ləğv edib. Məlumata əsasən, İordaniya və Bəhreynin də NATO-nun mənzil-qərargahında nümayəndəliyi var.

Məlumatda o da vurğulanıb ki, yəhudi hökuməti NATO-dan hələlik rəsmi təsdiq almayıb.

42
Teqlər:
David Veltser, Benyamin Netanyahu, Türkiyə, Brüssel, NATO, İsrail
Əlaqədar
ABŞ-da Azərbaycan əleyhinə aktı yəhudi lobbisi əngəlləyə bilər
Dünya Yəhudi Konqresi İsrail qarşısında tələb qoydu
Ərdoğandan yəhudilərə ibrətamiz təbrik mesajı
İran prezidenti yəhudiləri təbrik etdi
"Türkiyə - İsrail yaxınlaşması Azərbaycan üçün çox vacibdir"
Türkiyə ilə İsrail razılaşdı
Bakıda Zəfər paradı

Ərdoğan Qarabağ Zəfəri Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

7
(Yenilənib 16:38 02.03.2021)
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığının simvolu olacaq.

BAKI, 2 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun söyləyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: "Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir".

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq.

7
 Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidenti Paşinyanı yenə saymadı, məhkəməyə müraciət etdi

14
(Yenilənib 16:24 02.03.2021)
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər.

BAKI, 2 mart — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı imzalamaqdan imtina edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Bildirilir ki, Sarkisyan bu qərarın özünün deyil, hələ 2018-ci ildə "Hərbi xidmət və hərbçilərin statusu" haqqında edilən dəyişikliklərin Konstitusiyaya uyğunluğunu nəzərdən keçirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Yəni Konstitusiyaya görə, qərar avtomatik qüvvəyə minəcək.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, baş nazir Nikol Paşinyana göndərib.

Bundan sonra Paşinyan imzalaması üçün ölkə prezidentinə yeni qərar göndərib.

 

14
Teqlər:
Konstitusiya Məhkəməsi, prezident, Nikol Paşinyan, istefa, Baş Qərargah rəisi, Ermənistan
Azərpoçtun binası, arxiv şəkli

"Azərpoçt"a yeni baş direktor təyin olundu

0
Nazir Rəşad Nəbiyevin əmri ilə, bir müddət öncə "Azərpoçt" MMC-nin Baş direktoru Emin Ramiq oğlu Əfəndiyev tutduğu vəzifədən azad olunub.

BAKI, 2 mart — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-yə yeni baş direktor təyin edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə, bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb. Qeyd edək ki, o, bu vaxta qədər baş direktorun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Rəşad Nəbiyevin əmri ilə, bir müddət öncə "Azərpoçt" MMC-nin Baş direktoru Emin Ramiq oğlu Əfəndiyev tutduğu vəzifədən azad olunub.

0