Uttar Pradeş əyalətinə bağlı Sahranpur şəhərində dünyaya gələn körpə

Yeni doğulan körpə həkimləri dəhşətə gətirdi

439
Uşaq "dəniz qızı" kimi, ayaqları bir-birinə yapışıq olaraq dünyaya gəlib. Onun əl barmaqlarının da eynilə bir üzgəc kimi bir-birinə yapışıq olduğu ortaya çıxıb. Körpənin cinsiyyəti də bəlli deyil.

BAKI, 4 may — Sputnik. Hindistanın şimalındakı Uttar Pradeş əyalətinə bağlı Sahranpur şəhərində doğulan bir körpə görənləri şoka salıb. Belə ki, uşaq "dəniz qızı" kimi, ayaqları bir-birinə yapışıq olaraq dünyaya gəlib. Sputnik atv.az-a istinadən xəbər verir ki, körpənin əl barmaqlarının da eynilə bir üzgəc kimi bir-birinə yapışıq olduğu ortaya çıxıb.

22 yaşlı ana tibb tarixində çox nadir rast gəlinən bir körpə dünyaya gətirib. Körpə "dəniz qızı sindromu" adı verilən bir anormallıqla dünyaya gəlib. Ayaqları bir-birinə yapışıq olan və cinsiyyəti təyin olunmayan körpə doğuşdan sonra cəmi 10 dəqiqə yaşayıb.

Qeyd edək ki, bu, tibb tarixinə keçən dördüncü hadisədir. Bu xəstəlikdə cinsi orqan görünmür. Bu cür doğulan körpələrin əksəriyyətinin sidik kisəsi inkişaf etməmiş olur. Onlarda böyrək və ifrazat sistemi orqanları doğru şəkildə işləmir.

Bu səbəbdən körpə doğulandan qısa bir müddət sonra ölür. Ancaq dünyada "dəniz qızı sindromu" ilə doğulub, sonardan əməliyyatla ayrılaraq yaşayan iki adamın olduğu bilinir.

439
Teqlər:
uşaq, "dəniz qızı sindromu", körpə, Sahranpur, Uttar Pradeş, Hindistan
Əlaqədar
"Terrora qurban gedən 5 aylıq körpənin günahı nə idi?"
Ana və körpəsinin faciəli sonu
6 yaşlı uşaq öz körpə qardaşını öldürdü
Körpə uşaq ana bətnində rəqs edir
İt atılmış körpəni əmizdirərək ölməyə qoymadı

Ümumdünya bikini günü: SSRİ dövrünün maraqlı fotoları

38
(Yenilənib 19:44 05.07.2020)
Yetmiş dörd il əvvəl mini çimərlik paltarı – bikini hazırlanıb. Bu paltar təkcə çimərlik və podiumlarda deyil, insan beyinlərində də əsl inqilaba səbəb olub. Sputnik Azərbaycan-ın fotolentində SSRİ-də bikinini necə geydiklərinə baxın

Hər il iyulun 5-də Ümumdünya bikini günü qeyd edilir. Bu tarix təsadüfi deyil. Çünki 1946-cı ildə məhz bu gün fransalı mühəndis Lui Rear bir birindən ayrı mini çimərlik geyimi təqdim edib. Həmin geyim bikini adlandırılıb. Bikinini 19 yaşlı model Mişelin Bernandini nümayiş etdirib. Lui Rear isə nümayiş üçün Mişelini uzun müddət dilə tutub. Çünki o zaman üçün açıq-saçıq sayılan geyimdə ictimaiyyət qarşısına çıxmaq asan məsələ deyildi.

Lui Rear geyimə adı təsadüfən tapıb. O, amerikalıların Sakit okeandakı Bikini adasında növbəti nüvə sınağı keçirdiklərini eşidib. Onun fikrincə bu çimərlik paltarı da partlayış effekti verməliymiş və o, səhv etməyib.

Bikininin meydana çıxması birmənalı qarşılanmayıb. İspaniya, İtaliya, Portuqaliya kimi katolik ölkələrdə bikini qadağan edilib. Almaniyada insanlar arasına bikinidə çıxan qadınları ictimai işlərə cəlb edirlərmiş. ABŞ-da isə polislər çimərlikləri gəzərək, belə geyimdə olan qadınlara cərimə yazırmışlar.

On il keçəndən sonra vəziyyət dəyişib. Qadınlar daha tez-tez çimərlik gecələrində bikinilərdə peyda olmağa başlayıblar. 1956-cı ildə “Və Allah qadını yaratdı” filmində Bricit Bardo bikinidə peyda olandan sonra isə dəb vurğunları Sen-Trope və İtaliya Rivyerasına axışıblar

38
  • © Sputnik / Yuryi Abramochkin

    Yaxtada gəzinti zamanı çimərlik geyimində olan qızlar

  • © Sputnik / Vladimir Akimov

    Krasnodarda Tuapse çimərliyində gimnastika, 1963-cü il.

  • © Sputnik / B. Elin

    Soçidə bikinidə istirahət edən qız

  • © Sputnik / Vladimir Akimov

    Krımın Qara dəniz sahili.

  • © Sputnik / Georgiy Ter-Ovanesov

    Sovet aktrisası Natalya Seleznyova ""I" əməliyyatı və Şurikin digər macəraları" filmində, 1965-ci il.

  • © Sputnik / M. Nachinkin

    "Poltavselstroy" trestinin işçiləri istirahətdə

  • © Sputnik / Iakov Berliner

    Yurmalada istirahət edənlər, Latviya, 1975-ci il.

  • © Sputnik / Miranskiy

    Su xizəyi üzrə dünya çempionu Natalya Rumyançeva, 1985-ci il.

  • © Sputnik / Yu. Kravchuck

    Qızlar "Zerenski" istirahət evinin çimərliyində.

  • © Sputnik / Alexander Mokletsov

    Qurzufda çimərlikdə qızlar, 1971-ci il.

  • © Sputnik / N. Rakhmanov

    Piçundada pansionatda istirahət edənlər, 1982-ci il.

  • © Sputnik / Sviridov

    Latviya. Riqa, 1958-ci il.

  • © Sputnik / V. Kalinin

    "Gənclik" Beynəlxalq düşərgəsinin çimərliyi. Xəzər dənizinin sahili.

  • © Sputnik / Alexander Mokletsov

    Gəmidə gəzinti.

  • © Sputnik / Vasily Malyshev

    SSRİ-də 1956-cı ilin yaz-yay dəbi.

  • © Sputnik / Aleksandr Pogotov

    "Taqanroq gözəli -88"in qalibi Oksana Kolomenskaya.

  • © Sputnik / Boris Ushmaykin

    Dombayda istirahət edənlər.

  • © Sputnik / Yakov Berliner

    Fotoqraf Yakov Berlinerin "İncəlik" şəkli.

İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

İranda ölənlərin sayı durmadan artır Yeni rekord

5
(Yenilənib 18:33 05.07.2020)
Son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

BAKI, 5 iyul – Sputnik. İranda son sutka ərzində koronavirusa yoluxanlardan 163-ü həyatını itirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 198 min 949 nəfər isə sağalaraq evə buraxılıb.

İranın bəzi mətbuat orqanları qeyd edirlər ki, koronavirusa yoluxan və qeydiyyata düşməyən adamlarda var. Əsasən regionlarda yoluxan və ölənlərin sayı rəsmi məlumatda göstərilənlərdən çoxdur.

5
Mövzu:
Dünyanı cənginə almış bəla
Əməkdar artist Tofiq Hüseynov

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

20
(Yenilənib 20:37 05.07.2020)
Aktyor bir saat əvvəl evində dünyasını dəyişib. Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

BAKI, 5 iyul – Sputnik. Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

Qeyd edilir ki, aktyor bir saat əvvəl evində dünyasını dəyişib.

Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

"Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olmuşdur.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir.Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.

Onlardan:Komiyonçu “Kəllə”(N.Hikmət),Knyaz Orbeliani “Brüsseldən məktublar”( H.Həsənov),Oqtay “Rəqabət”(B.Vahabzadə),Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan(“Eloğlu”,A.Şaiq),Qala rəisi(“Xurşidbanu Natəvan”,İ.Əfəndiyev),Bekar Ağabala “Dirilən adam”( Mir Cəlal),Katib “Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı),Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev),Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.

Aktyor “Meteranpaj”(Kamayev),”3-mollanın sərgüzəşti”(Mola Vəli),”Şkafda adam”(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir),“Dəvətnamə”(Briqadir),”O dünyadan salamlar”(Əli bəy), “Bahar ərəfəsində”(Direktor) və s.filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb", - deyə o bildirib.

20