Solar Impulse 2

Dünya nəfəsini tutub bunu izlədi

293
(Yenilənib 18:26 03.05.2016)
Günəş enerjisi ilə işləyən təyyarə ilk uçuşunu reallaşdırıb. "Solar Impulse 2" 16 saat sonra Arizona ştatında yerə enərək dünya səyahətinin 10-cu mərhələsini uğurla başa vurub.

BAKI, 3 may — Sputnik. Yanacaqsız işləyən "Solar Impulse 2" adlı təyyarə Amerika qitəsində ilk uçuşunu reallaşdırıb. Beləcə bu təyyarə dünya səyahətindəki 10-cu etabını tamamlayıb.

Sputnik haberler-ə istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Mountain Viev şəhərindən havaya qalxan təyyarə 16 saat sonra Arizona ştatında yerə enərək dünya səyahətinin 10-ci etabını uğurla başa vurub.

Günəş enerjisi ilə işləyən təyyarə gecə vaxtı da uça bilir. 2.3 ton ağırlığında olan təyyarənin 72 metr uzunluğundakı iki qanadında 17 min 248 ədəd günəş paneli var. Əgər dünya turunu başa vuracaqsa, ilk dəfə dünya ətrafında dövrə vuran yanacaqsız işləyən təyyarə olacaq.

293
Teqlər:
yanacaqsız işləyən təyyarə, dünya turunu, yanacaqsız təyyarə, "Solar Impulse 2"
Əlaqədar
"Gələcəyin günəşi" Bakıda doğuldu
“Boeing 787” təyyarələrinin mühərriklərində ciddi problem aşkarlanıb
İnanılmaz olay: sevgilisinə məktub yetişdirmək üçün sərnişin təyyarəsini qaçırdı
İranda təyyarə avtomobillə toqquşdu
Təyyarələr terror təhdidindən məcburi eniş edib