Cənubi Koreya prezidenti başörtüsü taxmağa məcbur oldu

© REUTERS / President.ir/Handout via REUTERSİran prezidenti Həsən Ruhani və Cənubi Koreyanın dövlət başçısı Pak Kın Henin görüşü
İran prezidenti Həsən Ruhani və Cənubi Koreyanın dövlət başçısı Pak Kın Henin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Tehranda İran prezidenti Həsən Ruhani və Cənubi Koreyanın dövlət başçısı Pak Kın He arasında görüş keçirilib. Prezidentlərin danışıqlarından sonra iki ölkə arasında sənədlər imzalanıb.

BAKI, 2 may — Sputnik. İrana ilk səfərini gerçəkləşdirən Cənubi Koreya prezidenti Pak Kın He İslam Respublikasındakı qaydalara uyğun olaraq başını örtüb. Sputnik mehrnews.com-a istinadən xəbər verir ki, xanım Ki Henin səfəri dünəndən başlayıb.

Встреча Президента Азербайджанской Республики Ильхама Алиева и Президента Исламской Республики Иран Хасана Роухани - Sputnik Azərbaycan
İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə görüşüb

Bu gün isə paytaxt Tehranda İran prezidenti Həsən Ruhani və Cənubi Koreyanın dövlət başçısı Pak Kın He arasında görüş keçirilib. Prezidentlərin danışıqlarından sonra iki ölkə arasında sənədlər imzalanıb. İranla Cənubi Koreya arasında sənaye, maliyyə, hüquq, elm və mədəniyyət sahələrində əməkşalığı genişləndirmək məqsədi ilə 20 memorandum imzalanıb.

Tərəflər neft və təbii qazın birgə hasilatı, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlıq və bu istiqamətdə yeni mənbələrin axtarılması məsələsində də razılığa gəliblər. İran və Cənubi Koreya 2017-ci ildə bir-birinin ərazisində mədəniyyət mərkəzinin açılması məsələsini də razılaşdırıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1962-ci ildə qurulub. Ötən müddət ərzində Cənubi Koreyanın prezidenti İrana rəsmi səfər etməyib. Pak Kın He Cənubi Koreyanın tarixində İrana rəsmi səfər edən ilk prezidentdir.

Xəbər lenti
0