PYD silahlıları

ABŞ terror təşkilatını niyə himayə edir?

401
Birləşmiş Ştatlar rəhbərliyinin PKK və PYD-yə dair, bir-birinə uyğun gəlməyən bu açıqlamaları, Amerika ordusunun Suriyada terrorla mübarizədə səmimi olub-olmadığı sualını meydana çıxarır

BAKI, 29 apr — Sputnik. Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Eşton Karter dünən axşam senatda keçirilən iclasda, Suriyanın şimalındakı PYD silahlıları ilə PKK terrorçuları arasında əlaqələr olduğunu etiraf etmişdi. Nazirin bu bəyanatından heç bir gün keçməmiş, bu dəfə Ağ Evin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında PYD-ni terrorçu təşkilat kimi görmədiklərini bəyan edib.

ABŞ rəhbərliyinin bir-biri ilə örtüşməyən və uyğun gəlməyən bu açıqlamaları, Birləşmiş Ştatlar ordusunun Suriyada terrorla mübarizədə səmimi olub-olmadığı sualını yaradıb. Mövzuya münasibət bildirən politoloq İlqar Vəlizadə, Obama administrasiyasında təmsil olunan iki rəsmi şəxsin fərqli açıqlamalar verməsini ikili standart adlandırıb.

Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orucov
Politoloq İlqar Vəlizadə

"Bu, növbəti ikili standartdır və eyni zamanda mövcud reallığı görməzdən gəlməkdir. Belə halda Suriyadakı böhranın ədalətli çözülməsi müəmmalı görünür", — politoloq deyib.

Vəlizadə PYD ilə PKK arasında olan münasibəti isə belə izah edib: "PYD-nin PKK ilə münasibətləri o qədər güclüdür ki, hətta PKK terrorçularının Suriyada PYD-nin nəzarətində olan ərazilərində hərbi bazaları da mövcuddur. Əgər Birləşmiş Ştatlar bunu görmürsə, regionda terrorla necə effektiv mübarizə apara bilər? Həm PKK, həm də PYD vahid terror şəbəkələridir".

Xatırladaq ki, bu gün Ağ Evdə keçirilən mətbuatı konfransı zamanı spiker Con Kirbi, jurnalistin "Müdafiə naziri Eşton Karter PYD-nin Türkiyədəki PKK terror təşkilatı ilə əlaqəsi olduğunu etiraf edib. Bunu necə dəyərləndirirsiz?" sualına belə cavab vermişdi: "PKK-nı terrorçu təşkilat olaraq görürük. Ancaq Suriyadakı PYD silahlılarını bu kateqoriyaya aid eləmirik".

Qeyd edək ki, rəsmi Ankara həm PKK-nı, həm də Suriyadakı PYD-ni terrorçu təşkilat kimi tanıyır. Türkiyə prezidenti R.T.Ərdoğan dəfələrlə öz çıxışında PYD-nin PKK ilə bağlantısı olduğunu bəyan etmişdi.

401
Teqlər:
terror, PYD, PKK, Con Kirbi, İlqar Vəlizadə, Eşton Karter, ABŞ, Amerika Birləşmiş Ştatları
Əlaqədar
Ərdoğan: Qərb PYD və YPG-ni terror təşkilatı elan etməlidir
PYD Türkiyəyə qarşı terror aktlarını davam etdirəcək
PKK-ya qarşı əməliyyatlarda beş türk əsgəri şəhid olub
Ərdoğan PKK-nın arxasında Qərbin dayandığını bildirib
PKK videomüraciət yaydı: "Türkiyəyə qarşı savaşın"
PKK polis avtobusunu partladıb
"İstanbulda törədilən terror PKK-nın üslubu deyil"
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Türkiyədə "Sinovac" vaksininin istehsalına başlanacaq

0
(Yenilənib 13:26 12.05.2021)
Türkiyə hökuməti yaxın aylarda ölkə əhalisi sayının 3 misli qədər, yəni 240 milyon doza civarında vaksin tədarük etmək niyyətindədir.

BAKI, 12 may - Sputnik. Çinin “Sinovac Biotech” şirkətinin "CoronaVac" vaksininin Türkiyə daxil olmaqla beş ölkədə istehsalına icazə verilib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə istehsalçı şirkət açıqlama yayıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı kütləvi vaksinləşmə davam edir. Qrafik üzrə tətbiq olunan “Sinovac” vaksinin sayı 30 milyona yaxınlaşır.

Türkiyə hökuməti yaxın aylarda ölkə əhalisi sayının 3 misli qədər, yəni 240 milyon doza civarında vaksin tədarük etmək niyyətindədir. Bunun üçün fərqli şirkətlərə məxsus vaksinin əldə etmək, eləcə də yerli istehsala başlamaq istiqamətində mühüm addımlar atılır.

0
Mahmud Əhmədinejad

Mahmud Əhmədinejat yenidən İran prezidentliyinə namizədliyini irəli sürüb

10
(Yenilənib 13:18 12.05.2021)
O, bu gün səhər öz tərəfdarları ilə birlikdə Daxili İşlər Nazirliyinin binasına gələrək namizədliyinin qeydə alınmasına dair sənədləri təqdim edib.

BAKI, 12 may - Sputnik. İranın sabiq prezidenti Mahmud Əhmədinejat qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, o, bu gün səhər öz tərəfdarları ilə birlikdə Daxili İşlər Nazirliyinin binasına gələrək namizədliyinin qeydə alınmasına dair sənədləri təqdim edib.

Namizədlərin qeydiyyatının ikinci günü həmçinin İran parlamentinin spiker müavini Əmirhüseyn Qazizadə Haşimi də öz namizədliyini irəli sürüb. Bundan başqa, Əhmədinejadın prezidentliyi dövründə kənd təsərrüfatı naziri işləmiş Sadiq Xəlilyan da namizədliyini irəli sürüb.

Qeyd edək ki, İranda ötən gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb. Namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

İranda 13-cü prezident seçkiləri iyunun 18-nə təyin edilib. Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-da açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Qeyd edək ki, namizədlərin qeydiyyatının ilk günü 57 nəfər qeydiyyata alınıb.

 

10