Bombardmandan sonra havaya qalxan tüstü buludu. Arxiv şəkli

Türkiyə ərazisinə rus raketi düşdü

356
Kilis vilayətinə 3 ədəd raket mərmisi düşüb. Rusiya istehsalı olan "Katyuşa" kompleksindən atılan 3 raketdən birinin evin damına düşməsi nəticəsində 2 nəfər yaralanıb.

BAKI, 19 apr — Sputnik. Suriya ərazisindən Türkiyənin Kilis vilayətinə 3 ədəd raket mərmisi düşüb. Rusiya istehsalı olan "Katyuşa" kompleksindən atılan 3 raketdən birinin evin damına düşməsi nəticəsində 2 nəfər yaralanıb.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, raketlərdən biri Bilal Habeşi məscidinin tualetinə, digəri isə rayonun qəbiristanlığına düşüb.

Xatırladaq ki, dünən Suriyadan Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına düşməsi nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.

356
Teqlər:
Suriya, "Katyuşa", Rusiya, raket mərmisi, Kilis, Türkiyə
Əlaqədar
İŞİD Türkiyəni raket atəşinə tutdu
Rusiya İrana raketdən müdafiə sistemləri göndərdi
XİN: İran raket potensialını artıracaq
Amerika hərbçiləri nüvə raketini əllərindən salıblar
Rusiya İrana S-300 raketi göndərdi
Ərdoğan: Xəzərdən Suriyaya raketlərin atılması bizi narahat etdi
ABŞ-da ölkəni raket hücumundan müdafiə edən hərbi dirijabl düşüb
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

4
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

4
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla
Kitablar, arxiv şəkli

Qonkur mükafatının qalibi açıqlanıb

6
(Yenilənib 20:55 30.11.2020)
COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib

BAKI, 30 noyabr — Sputnik. Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, fransız yazıçı Erve Le Telye olub. O, bu mükafata "Anomaliya" romanına görə layiq görülüb.

COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.

 

6
Teqlər:
kitab, Fransa, ədəbiyyat, mükafat