BAKI, 19 apr — Sputnik. İran parlamentinin sədri Əli Laricani Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti ilə Moskvaya səfər edib. Sputnik mehrnews.com-a istinadən xəbər verir ki, Moskvada region ölkələrinin parlament rəhbərlərinin toplantısı keçiriləcək.
Səfər öncəsi Laricani deyib ki, Rusiya başqa dövlətlərin parlamentləri ilə əməkdaşlıq edərək, yeni qurum yaratmaq istəyir: "Hazırda Orta Şərqdə bir sıra əhəmiyyətli proseslər yaşanır. Digər tərəfdən isə iqtisadi baxımdan region inkişaf edir. Bundan başqa bölgəmiz təhlükəsizlik sahəsində böhranlarla üz-üzədir".
"İran hesab edir ki, belə şəraitdə müqavimət göstərmək üçün yeni qurumların yaradılması doğrudur. Parlamentimiz bu təklifi müsbət dəyərləndirir", — Laricani vurğulayıb.
Əli Laricaninin başçılıq etdiyi heyət yeni yaradılması nəzərdə tutulan "Avrasiya Sədrlər Forumu"nda başqa dövlətlərin parlament təmsilçiləri ilə görüşlər də keçirməyi planlaşdırılıb.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.