Yaponiyanın Kyuşi adasında zəlzələ/

Kyuşi adasında zəlzələ dəhşəti davam edir: 4 günə 590 təkan

16
(Yenilənib 10:53 19.04.2016)
Zəlzələnin baş verdiyi adadan 117 min nəfər təxliyə edilib.

BAKI, 19 aprel-Sputnik. Yaponiyanın Kyuşu adasını silkələyən güclü zəlzələlər nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb. Yerli hakimiyyət orqanlarının aprelin 19-da verdiyi məlumata görə, xilasedicilər torpaq sürüşməsinin baş verdiyi rayonda daha iki cəsəd aşkar ediblər.

Yaponiyanın Kiodo agentliyi 117 min nəfərin təxliyə edildiyini bildirib.

Bununla bərabər, yüz minədək insan hələ də təxliyə mərkəzlərində qalır. Hakimiyyət orqanları regionda nəqliyyatın hərəkəti dayandığından zərərçəkən rayonlara su və ərzağın çatdırılması problemi ilə qarşılaşıblar. Kumamoto şəhər aeroportu hələ də fəaliyyətini bərpa edə bilməyib.

Zərərçəkən regiona yardıma qoşulan ABŞ hərbçiləri iki "MV-22 Osprey" konvertoplanın köməyi ilə çətin gedilən rayonlara humanitar yardım çatdırırlar. İçməli su qıtlığı ilə bağlı problemi aradan qaldırmaq üçün Kumamoto türməsində də yeni təxliyə məntəqəsi yaradılıb. Buradakı quyulardan götürülən su problemin həllinə kömək edir.

Son məlumatlara görə, təqribən 160 min evin su, 100 min evin isə qaz təchizatı kəsilib. Son günlər tamamilə fəaliyyətini dayandıran Kumamoto aeroportu aprelin 19-da səhər ilk reysi qəbul edib. Buna baxmayaraq, terminalın binası zədələndiyinə görə, buradan reysləri yola salmaq hələ də mümkün deyil.

Milli Meteorologiya Agentliyinin verdiyi məlumata görə, aprelin 14-dən 19-dək regionda insan tərəfindən hiss olunan 590 yeraltı təkan qeydə alınıb. Torpaq sürüşmələrinin gözlənildiyi ərazilərdən əhalinin təxliyəsi davam edir. Yeni təkanlar gözlənildiyinə görə, sakinlərə zədələnmiş evlərə girməmək tövsiyə olunur.

16
Teqlər:
Meteorologiya, MV-22 Osprey, zəlzələ, Kyuşi, Yaponiya
Əlaqədar
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb
Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib
Yaponiyada zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200 nəfər yaralanıb
Yaponiyada 5,5 bal gücündə zəlzələ oldu
Yaponiya sahillərində 7,0 bal gücündə zəlzələ baş verib
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

12
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Partlayış, arxiv şəkli

Mehridə partlayış

18
Sünik istiqamətində insident baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

BAKI, 19 yanvar — Sputnik. Ermənistanın cənubunda, Sünik istiqamətində Qarabağ müharibəsinin gedişi zamanı həlak olanların axtarışı prosesi zamanı partlayış baş verib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, insident Mehri rayonu ərazisində baş verib.

Partlayış nəticəsində bir xilasedici xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

 

18
Teqlər:
partlayış, Mehri
Dağıdılmış Füzuli şəhərinə mənzərə

Türk Şurası da azad olunmuş ərazilərin bərpasında iştirak etmək niyyətindədir

0
Milli Məclisin Sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sədr qeyd edib ki, bu təşkilatlar xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə layiqli töhfələr verir.

Türkdilli dövlətlər arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə yaradılmış Türk Şurası qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində məqsədyönlü və uğurlu addımlar atır.

Bildirilib ki, bu gün ölkələrimizin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşıb. Dövlət başçılarımızın siyasi iradəsi, ortaq köklərimizə sərgilədikləri hörmət və qayğı yüksək təqdirəlayiq olmaqla yanaşı, hər kəs üçün örnək təşkil edir.

Nümayəndə heyəti üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlərini yüksək qiymətləndirən Spiker müzəffər ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə etdiyi uğuru böyük tarixi hadisə kimi dəyərləndirib. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan Ordusu öz Zəfəri ilə münaqişənin həllinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hüquqi sənədlərin, o cümlədən, BMT-nin müvafiq qətnamələrinin icrasını həyata keçirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Sahibə Qafarova Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türk Şurasının Baş katibinə təşəkkür edib.

Bildirilib ki, bu qurum təkcə türk dövlətlərini bir araya gətirməklə kifayətlənmir, həmçinin digər dövlətlər və regionlar arasında da körpü rolunu oynamağı hədəfləyir. Milli Məclis qanunverici orqan olaraq, bundan sonra da Şura çərçivəsində inteqrasiya proseslərinin daha da dərinləşməsinə dəstək verəcək. Çünki bu təşkilat öz fəaliyyətində ortaq tarix, dil, kimlik və mədəniyyət kimi dəyərlərə əsaslanır.

Spiker ötən ilin aprelində Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Şuranın fövqəladə iclasını xatırlayaraq, qurumun koronavirusa qarşı mübarizə işinə də töhfə verdiyini söyləyib.

Sədr milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində Türk Şurası ilə birlikdə TÜRKPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyətindən danışaraq, bildirib ki, bu təşkilatlar ölkələrimiz arasında iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan əməkdaşlığın dərinləşməsində yaxından iştirak edir.

Görüşdə səmimi qəbul üçün nümayəndə heyəti adından minnətdarlığını bildirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə münasibəti ilə Milli Məclisin Sədrini və xalqımızı təbrik edib. Bu uğuru bütün Türk dünyasını birləşdirən Zəfər kimi dəyərləndirib.

Qonaq ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Ağdam və Fizuli bölgələrində erməni işğalçıları tərəfindən törədilmiş vandalizmin şahidi olduqlarını söyləyib. O, işğaldan azad olunmuş ərazilərin bərpasında Türk Şurasının da iştirak etmək niyyətində olduğunu bildirib.

Qonaq təmsil etdiyi təşkilatın bundan sonra da türkdilli xalqlar naminə beynəlxalq müstəvidə fəaliyyətini daha da genişləndirəcəyini deyib. Vurğulanıb ki, bu gün 10-dan çox dövlət Türk Şurası ilə daha yaxından əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva çıxış edərək təmsil etdikləri təşkilatlarda görülən işlər və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, ölkəmizlə əməkdaşlığın daha genişləndirilməsi istiqamətində gələcək planları barədə fikirlərini bölüşüblər.

Görüşdə həmçinin Türk dünyasını təmsil edən təşkilatlarla əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

0