Встреча Путина с Обамой в рамках саммита G8

Rusiya ABŞ prezidentləri danışıblar?

18
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Baraka Obama arasında telefon danışığı olub.

BAKI, 18 aprel-Sputnik. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Baraka Obama arasında telefon danışığı olub.

Sputnik kremlin.ru-ya istinadla xəbər verir ki, prezidentlər Suriya problemini müzakirə ediblər.

"ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında prezidentlər Suriyadakı böhranın həlli yollarını, atəşkəsə dair sazişi və müvafiq ərazilərə humanitar yardımın çatdırılması məsələlərini müzakirə ediblər" — Kremlin mətbuat xidməti bildirib.

Burada qeyd olunub ki, Putin İŞİD və ən-Nüsra Cəbhəsi ilə təcili surətdə məsafə saxlanılması, həmçinin Türkiyə-Suriya sərhəddinin bağlanması ilə bağlı məsələləri xüsusilə vurğulayıb.

Tərəflər Suriya, həmçinin xüsusi xidmətlər və müdafiə məsələləri ilə bağlı fəaliyyətlərini koordinasiya etmək barədə razılıq əldə ediblər. Onlar bunun üçün atəşkəs rejiminə əməl olunması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini qeyd ediblər.

ABŞ və Rusiya prezidentləri Cenevrədə BMT-nin himayəsi altında keçirilən Suriya danışıqlarında əldə olunmuş razılığa əsasən münaqişənin siyasi yolla tənzimlənməsinin vacibliyini vurğulayıblar.     

Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. 

Xatırladaq ki, bu il fevralın 22-də Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minib.

18
Teqlər:
ABŞ prezidenti Barak Obama, Cenevrə, Rusiya prezidenti Vladimir Putin, Barack Obama, Vladimir Putin, Suriya, Amerika, Rusiya, Türkiyə, ABŞ
Əlaqədar
Vladimir Putin: Barak Obama ləyaqətli insandır
Putin Vaşinqton sammitini niyə boykot etdi?
Vladimir Putin: Qərb Rusiyada keçiriləcək seçkilərə müdaxilə etməyə hazırlaşır
Putin: “Suriyada hələ bütün imkanlarımızdan istifadə etməmişik”
Putin: Suriyada hərbçilərimizə təhlükə törədənlər dərhal məhv edilsin
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

0
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

0
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxma ölümlə bağlı statistika açıqlandı

5
(Yenilənib 12:48 15.01.2021)
Xəstəlikdən sağalanların sayı 152320 nəfər olub. Hazırda bu ölkədə 7952 nəfər xəstəxanada müalicə alır.

BAKI, 15 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 163972-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 396 nəfər artıb.

Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2974-ə çatıb. Xəstəlikdən sağalanların sayı 152320 nəfər olub. Hazırda bu ölkədə 7952 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 milyonu keçib, 1,99 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19