ABŞ prezidentliyinə ən şanslı namizəd kimdir?

© AFP 2023 / Brendan SmialowskiAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
"The New York Times" qəzetinin hesablamasına görə, hazırda Hillari Klinton artıq Demokratlar Partiyasının Milli Qurultayının 1 776 nümayəndəsindən dəstək alıb

BAKI, 18 apr — Sputnik. Aprelin 19-da Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd olan partiya nümayəndələrini müəyyənləşdirəcək növbəti praymeriz keçiriləcək. Sputnik RİA-ya istinadən xəbər verir ki, Demokratlar Partiyasından olan keçmiş dövlət katibi Hillari Klinton əsas rəqibi olan, Vermont ştatının senatoru Berni Sandersi inamla üstələyir.

Marko Rubio - Sputnik Azərbaycan
ABŞ-da prezidentliyə namizəd Marko Rubio seçki kampaniyasını dayandırıb

Belə ki, NBC telekanalı, "The Wall Street Journal" qəzeti və Nyu-York Marist Kollecinin sosioloji xidmətinin apardığı sorğu bu ştatda Klintonu dəstəkləyən seçicilərin 57, B.Sanders tərəfdarlarının isə 40% təşkil etdiyini göstərib. Xanım Klintonu ən çox dəstəkləyənlər də elə məhz xanımlardır: 60%. Bu mənada Sandersin göstəricisi 37%-dir. Elə kişi seçicilər arasında da Klinton Sandersi üstələyir — 44%-ə qarşı 53%.

"The New York Times" qəzetinin hesablamasına görə, hazırda Hillari Klinton artıq Demokratlar Partiyasının Milli Qurultayının 1 776 nümayəndəsindən dəstək alıb. Berni Sandersdə bu göstərici 1 118 səsdir. Demokratik Partiyasından prezident postuna namizədliyi irəli sürülmək üçün qurultayın 2 383 nümayəndəsinin dəstəyi tələb olunur.

Respublikaçıların düşərgəsində isə milyarder Donald Tramp inamla lider mövqeyini qoruyub saxlayır. "Optimus" Araşdırma Xidmətinin Respublikaçılar Partiyasının sifarişi əsasında Nyu-York ştatında keçirdiyi son sorğunun nəticələrinə görə Donald Trampı respublikaçı seçicilərdən 49%-i dəstəkləməyə hazırdır. Ohayo qubernatoru Con Keysikin dəstək göstəricisi 23%, Texas senatoru Ted Kruzununku isə 14% təşkil edir.

Xəbər lenti
0