Держатся хорошо – Лавров о сотрудниках атакованных на Украине дипмиссий РФ

Lavrov: Bütün tərəflər Dağlıq Qarabağda atəşin bərpa olunmaması üçün səylər göstərirlər

39
Aprelin 1-dən 2-nə küçən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində atəşkəsi pozması və mülki əhalinin yaşadığı məntəqələri ağır artilleriya və raket qurğularından atəşə tutması nəticəsində münaqişə bölgəsində vəziyyət gərginləşib.

BAKI, 5 apr — Sputnik. Bütün tərəflər Dağlıq Qarabağda atəşin bərpa olunmaması üçün səylər göstərirlər. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.

"Hamı atəşin dayandırılması və yenidən başlamaması üçün çalışır", deyə o bildirib.

Aprelin 1-dən 2-nə küçən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində atəşkəsi pozması və mülki əhalinin yaşadığı məntəqələri ağır artilleriya və raket qurğularından atəşə tutması nəticəsində münaqişə bölgəsində vəziyyət gərginləşib.

Aprelin 3-də cəbhə bölgəsindəki vəziyyətlə bağlı yaydığı press-relizdə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığıni bildirib. Buna baxmayaraq, Ermənistan tərəfi təmas xəttində atəşkəs rejimini pozmaqda davam edib və Azərbaycan tərəfi də əks-həmlə əməliyyatını və cavab tədbirlərini həyata keçirib.

Aprelin 5-i saat 12.00-dan etibarən Azərbaycan — Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə hərbi əməliyyatlar dayandırılıb. 

39