CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucuz avtomobil sürən məşhurlar...

© WikimediaToyota Prius
Toyota Prius - Sputnik Azərbaycan
Abunə olmaq
Qazandıqları sərvətə baxmayaraq ucuz avtomobillər sürən məşhurları tanıyın.

BAKI, 31 mar — Sputnik. Bir filmlə milyonlarla dollar qazanan Hollivudun ulduzları bəzən insanı təəccübləndirir. Hər kəs onların göz qamaşdıran lüks avtomobillər sürdüyünü sanır. Amma onlar yaşadıqları ölkədə bir çox insanın ala biləcəyi ucuz avtomobillərə maraq göstərirlər.

Qazandıqları pullara baxmayaraq ucuz avtomobillər sürən o məşhurlar.

Sputnik haberler-ə istinadla xəbər verir ki, Leonardo Di Kaprio bəlkə daha əvvəl də Hollivudda tanınırdı amma 1997-ci ildə “Titanik” filmindən sonra şöhrət və pul qazandı. Yəni, O uzun müddətdir ki, Hollivudun ən çox qazanan məşhurlarından biridir. Amma sərvətinə baxmayaraq avtomobil seçimində çox təvazökar davranır. Məşhur aktyorun istifadə etdiyi avtomobil “Toyota Prius Hybrid”dir. Avtomobilin satış qiyməti 19.600 dollar ilə 20 min dollar arasındadır. Bu seçimini onun ətraf mühitə həssas olduğuna bağlayanlar da var.

© Wikimediaİnanmaq olmur ki, bu maşını Kemeron Diaz və Di Kaprio sürürlər. Bu avtomobil qəzaya düşsə, görəsən Leo "sağ qala" biləcəkmi?
İnanmaq olmur ki, bu maşını Kemeron Diaz və Di Kaprio sürürlər. Bu avtomobil qəzaya düşsə, görəsən Leo sağ qala biləcəkmi? - Sputnik Azərbaycan
İnanmaq olmur ki, bu maşını Kemeron Diaz və Di Kaprio sürürlər. Bu avtomobil qəzaya düşsə, görəsən Leo "sağ qala" biləcəkmi?

Kameron Diaz da uzun müddətdir Hollivudda karyera və sərvət sahibidir. Amma 42 yaşındakı aktrisanın istifadə etdiyi avtomobil “Toyota Prius”dur. Diaz bu seçimində tək deyil. Çünki, bir çox həmkarı da eyni avtomobildən sürür. Bunlardan biri də Natali Portmandır. O da eyni markalı avtomobildən istifadə edir. Portman da ətraf mühitə həssas olduğu üçün belə bir seçim edib.

Daniel Redklif  “Harri Potter” filmi vasitəsilə həm sərvət həm də şöhrət qazandı. Amma buna baxmayaraq onun da avtomobil seçimi daha qənaətcildir. O, 17 min 800 dollarlıq bir “Fiat Punto” sürür. Bu seçiminə ətraf mühitə həssaslığının da təsiri var. 

© WikimediaBu da Harri Potterin maşını. Köhnə olmağına baxmayın yəqin sehrlidir. Hər halda dua ilə işə düşər.
Bu da Harri Potterin maşını. Köhnə olmağına baxmayın yəqin sehrlidir. Hər halda dua ilə işə düşər. - Sputnik Azərbaycan
Bu da Harri Potterin maşını. Köhnə olmağına baxmayın yəqin sehrlidir. Hər halda dua ilə işə düşər.

Aktyor Klint İstvud köhnə avtomobilləri sevir. Uzun karyeraya və sahib olduğu sərvətə baxılsa, onun avtomobil seçimi də bəzi insanları təəccübləndirir. Onun bir neçə avtomobili var. Amma davamlı olaraq istifadə etdiyi 1990-cı illərdə aldığı “GMC Typhoon”dur. Bu avtomobilin satış qiyməti 26 min 500 dollardır. 

© WikimediaBu da "Sarışın"ın avtomobili.
Bu da Sarışının avtomobili. - Sputnik Azərbaycan
Bu da "Sarışın"ın avtomobili.

Hollivudun son dövrdəki ən parlaq ulduzlarından olan Cennifer Lourens də pula pul demir. Son bir neçə il içində 40 milyon dollardan çox pul qazandığı deyilir. Amma istifadə etdiyi “Volkswagen Eos”u almaq üçün yalnız 35 min dollar ödəyib.

Castin Timberleyk də avtomobil seçimində təvazökar davranan məşhurlardan biridir. O, “Volkswagen Jetta” sürür. Bu avtomobilin qiyməti isə təxminən 16 min dollar ətrafındadır. Castin Timberleykin həm musiqidən həm də kinodan qazandığı sərvəti isə 200 milyon dollara yaxınlaşır.

Gələk facebook-un qurucusu Mark Zukerberqə. O, gənc yaşda inanılmaz bir sərvət qazanıb. Mark Zukerberq baha olmayan “Acura TSX” sürür.

Mel Gibson Hollivudun ən nüfuzlu və çox qazanan məşhurlarından biridir. Amma buna baxmayaraq avtomobil seçimində qənaətcildir. Gibson uzun müddətdir istifadə etdiyi “Toyota Cressida”dan əsla imtina etmir. 

© cardomain.comMel Gibson əsl 80-ci illərin ənənələrini yaşadır. Müəyyən mənada bu maşın elə "ölümsaçan silah"dır.
Mel Gibson əsl 80-ci illərin ənənələrini yaşadır. Müəyyən mənada bu maşın elə ölümsaçan silahdır. - Sputnik Azərbaycan
Mel Gibson əsl 80-ci illərin ənənələrini yaşadır. Müəyyən mənada bu maşın elə "ölümsaçan silah"dır.

Kristen Stüart da gənc nəslin ən çox qazanan məşhurlarındandır. Amma həyatında sadəliyi sevir. Bunu gündəlik həyatındakı geyimindən anlamaq da çətin deyil. O, “Ford Ranger” sürür. 

Zac Efron gənc yaşda sərvət qazanıb. Amma istifadə etdiyi avtomobil 1999-cu il modeli bir “Oldsmobile Alero”dur.

Xəbər lenti
0