Miqrantlar

Suriyalı əfqan qaçqınlar "bir-birilərinə girdilər"

26
Yunanıstanda baş verən kütləvi dava və iğtişaşları, yalnız xüsusi təyinatlılar hadisə yerinə gələndən sonra dayandırmaq mümkün olub

BAKI, 31 mart — Sputnik. Müvəqqəti olaraq, təxminən 6 min qaçqının yaşadığı Yunanıstanın ən böyük liman şəhəri Pireydə suriyalı və əfqan qaçqınlar arasında kütləvi dava düşüb. Sputnik Report-a istinadən xəbər verir ki, dava nəticəsində ən azı səkkiz nəfər xəsarət alıb.

Əvvəlcə davada təxminən 30 nəfər iştirak edib, gecə yarısından sonra isə qarşıdurmanın miqyası böyüyüb. Suriyalılar və əfqanlar bir-birinə daş atıb, sərnişin terminalında şüşələr sındırılıb.

İğtişaşları yalnız xüsusi təyinatlılar hadisə yerinə gələndən sonra dayandırmaq mümkün olub. Qaçqınların bildirdiyinə görə, davaya səbəb əfqanların suriyalı qadına hücum etməsi olub.

26
Teqlər:
əfqan qaçqın, Suriyalı qaçqın, dava, miqrant, qaçqın
Əlaqədar
Almaniyada qaçqınların ölkəyə gəlməsindən narazıların sayı artır
Niderland baş naziri: Türkiyə qaçqın böhranının qarşısını almaq üçün çox iş görür
Qaçqınları gecə klublarına buraxmayacaqlar
"Gözümüzün önündə qaçqınlar dənizlərdə boğulur..."
Bu il Aralıq dənizində 4000-ə yaxın qaçqın həlak olub
Suriyalı qaçqınlar ilk dəfə Kanadaya gediblər