Polşada Sovet dövründən qalmış heykəlin sökülməsi. Arxiv şəkli

Polşada sovet abidələri dağıdılacaq

51
(Yenilənib 14:52 31.03.2016)
"Onların sökülməsi və qorunmaq üçün muzeyə göndərilməsi Polşada 90-cı illərin əvvəllərindən başlayan proseslərin başa çatmasının məntiqi nəticəsidir. Uzun illər bizim xalqımıza qarşı təxribatlar və təbliğatda istifadə olunan bu abidələrin indiyədək qorunması ölümcül səhv idi"

BAKI, 31 mart-Sputnik. Polşa hökuməti İkinci Dünya Müharibəsindən qalma Sovet abidələrini dağıtmaq qərarına gəlib. Lakin bu ölkənin rəsmiləri dağıdacaqları sovet hərbi abidələrini qorumağı söz veriblər.

Sputnik-in məlumatına görə, Polşa hökuməti SSRİ dövründə yaradılmış bu abidələri "Ağır zamanların şahidləri" kimi bir muzeydə saxlayacağını bəyan edib. Bildirilib ki, "Polşa üzərində kommunizm sisteminin allahlığını" simvolizə edən sovet abidələri yığışdırılmalı və muzeyə qoyulmalıdır.

Bununla yanaşı, "Dövlət sovet hərbi abidələrinin qorunmasının qayğısına qalmalıdır", — deyə Milli Abidələr Dövlət İnstitutunun rəhbəri Likaş Kaminski Onet.pl portalına bildirib.

Monumentlərin dağıdılması layihəsini institut yaxın həftələrdə yerli icra hakimiyyəti orqanlarına həvalə edib. "Onların sökülməsi və qorunmaq üçün muzeyə göndərilməsi Polşada 90-cı illərin əvvəllərindən başlayan proseslərin başa çatmasının məntiqi nəticəsidir. Uzun illər bizim xalqımıza qarşı təxribatlar və təbliğatda istifadə olunan bu abidələrin indiyədək qorunması ölümcül səhv idi", — deyə Kaminski bildirib.

Portalın yazdığına görə, söhbət ictimai yerlərdəki "SSRİ-yə təşəkkür" ifadə edən 500-dən artıq silahlı şəxsin heykəllərindən ibarət obyektlərdən gedir. Kaminskinin sözlərinə görə, dağıdıldıqdan sonra bu heykəllər "çətin zamanların şahidləri kimi" muzeydə dayanacaqlar.

Sovet əsgərlərinin abidələri məhv edilməyəcək. İnstitutun bildirdiyi kimi, Polşa hökuməti onların qayğısına qalacaq. Rusiyanın Xarici İşlər Nazirliyi daha əvvəl Polşanı "abidələrlə müharibəni" dayandırmağa çağırmışdı.

51
Teqlər:
abidə, sovet, İkinci Dünya Müharibəsi, SSRİ, Polşa
Əlaqədar
Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib
Berlinin yaddaqalan yerləri: tarixi abidələr və mədəni irs
Abidələrdə yaşayan tarix
“Erməni soyqırımı” abidəsinin ucaldılmasının qarşısı alınıb
Millət vəkili: Sovetdənqalma saxta universitetlərin kəmiyyəti və keyfiyyəti dəyişməlidir
İkinci Dünya müharibəsində sovet və alman ordularının silahları