Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli

"Obama Ərdoğanla bir neçə kəlimə danışacaq"

60
Coş Ernest: "Hətta belə bir görüş gerçəkləşməsə belə, bunu Obama Ərdoğanı xor görür kimi qələmə vermək yanlış olar"

BAKI, 31 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton ziyarətində amerikalı həmkarı Obama ilə görüşüb görüşməyəcəyinə dair Ağ Evdən son dəqiqə açıqlaması gəlib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Ağ Ev spikeri Cos Ernest (Josh Earnest) bununla bağlı qəribə açıqlama verib.

Nüvə sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğanın, Obamanın köməkçisi Co Bayden-lə (Joe Biden) rəsmi görüş keçirəcəyini xatırladan Ernest "Hazır Obama da burada ikən Ərdoğanla az da olsa bir neçə kəlimə danışacağına əminəm" deyib.

Coş Ernest, hətta belə bir görüş gerçəkləşməsəydi belə, "bunu Obama Ərdoğanı xor görür" kimi qələmə vermək yanlış olardı" deyə əlavə edib.

Qeyd edək ki, Ərdoğanın Obama ilə Vaşinqtonda görüşüb-görüşməyəcəyi son günlərin ən geniş müzakirə edilən mövzusu idi.

60
Teqlər:
görüş, Türkiyə, ABŞ, Ərdoğan, Obama
Əlaqədar
Ərdoğandan mühüm mesaj: "Özünümüdafiə hüququndan istifadə edəcəyik"
Ərdoğan: Qərb PYD və YPG-ni terror təşkilatı elan etməlidir
Ərdoğan Putinin dəvətini rədd etdi
Obamadan Ərdoğana sürpriz dəvət
Rəcəb Tayyib Ərdoğan: Vladimir Putin məni yaxşı tanıyır