Dünya liderləri Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammitin açılışında, Haaqa. Arxiv şəkli

Dünya liderləri bir arada: Vaşinqton sammiti başladı

59
(Yenilənib 11:40 31.03.2016)
Ağ ev rəhbəri beynəlxalq səviyyədə keçirilən bu kimi görüşlərin təşkilini xarici siyasətdə əsas uğurlarından hesab edir. Sammitə 50-yə yaxın siyasi xadim qatılıb.

BAKI, 31 mart — Sputnik. Vaşinqtonda Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammit bu gün öz işinə başlayır. Sputnik xəbər verir ki, sammit Barak Obamanın prezidentliyi müddətində onun şəxsi təşəbbüsü ilə başlatdığı forumlar arasında sayca dördüncüdür.

Ağ ev rəhbəri beynəlxalq səviyyədə keçirilən bu kimi görüşlərin təşkilini xarici siyasətdə əsas uğurlarından hesab edir. Nüvə Təhlükəsizliyi üzrə beynəlxalq Sammit bu günədək Vaşinqton (2010), Seul (2012) və Haaqada (2014) keçirilib.

Bu gün başlayan olan Vaşinqton sammitinə 50-yə yaxın siyasi xadim qatılıb. Onların əksəriyyətini ölkə başçıları və baş nazirlər təşkil edir.

Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün martın 30-da ABŞ-a səfər edib.

59
Teqlər:
dünya liderləri, Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq Sammit, prezidentlər, Vaşinqton
Əlaqədar
Putin Vaşinqton sammitini niyə boykot etdi?
"Vaşinqton sammitindən heç bir ciddi qərar gözləmirəm"
Diqqətlər Vaşinqtonda: neft erasını bitirəcək qərar verilə bilər
Türkiyə Vaşinqton-Bakı gərginliyinə imkan verməyəcək