Əhməd Davudoğlu - Türkiyənin baş naziri

Türkiyənin yeni konstitusiyası 2 aya hazır olacaq

10
(Yenilənib 18:24 29.03.2016)
Əhməd Davudoğlu: "Layihəni dövlət orqanları və müxalif partiyalarla müzakirə edəcəyik. Ən geci iyun ayında layihəni parlamentin ixtiyarına verəcəyimizə ümid edirik"

BAKI, 29 mart — Sputnik. "Hökumətimiz yaxın iki ay ərzində yeni konstitusiya layihəsi üzərində işi tam başa çatdırmağı planlaşdırır".

Sputnik Türkiyə NTV-sinə istinadən xəbər verir ki, bunu baş nazir Əhməd Davudoğlu parlamentdəki çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hökumət iki ay ərzində yeni konstitusiya mətninin yazılması ilə bağlı işləri tamamlamağı planlaşdırır.

"Bundan sonra layihəni dövlət orqanları və müxalif partiyalarla müzakirə edəcəyik. Ən geci iyun ayında layihəni parlamentin ixtiyarına verəcəyimizə ümid edirik", —Davudoğlu deyib.

Baş nazir əminliklə bəyan edib ki, demokratik, vətəndaş hüquqlarını və azadlığı dəstəkləyən yeni konstitusiya deputatlar tərəfindən dəstəklənəcək.

10
Teqlər:
Ana Yasa, Əhməd Davudoğlu, Baş nazir, Konstitusiya, Türkiyə, parlament, hökumət
Əlaqədar
"Qorbaçov Dağlıq Qarabağda fövqəladə vəziyyət elan etməklə SSRİ konstitusiyasını pozub"
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiq edib
Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı vaxt təyin edib
MHP: Yeni Konstitusiyada “türk milləti” ifadəsi qalsın
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi şovinist açıqlamasını pisləməyə çağırırıq

33
(Yenilənib 20:56 27.09.2020)
"21-ci əsrdə digər xalqlar haqqında belə fikirlər səsləndirməsi Ermənistan rəsmilərinin nə qədər sivilizasiyadan uzaq olduğunu nümayiş etdirir" - Leyla Abdullayeva

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin açıqlamasına dair şərh verib.

XİN-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, işğalçı Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisi bu gün verdiyi açıqlamasında Azərbaycan xalqının ünvanına nifrət məzmunlu irqçi ifadələr işlədib. Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycanafobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir.

21-ci əsrdə digər xalqlar haqqında belə fikirlər səsləndirməsi Ermənistan rəsmilərinin nə qədər sivilizasiyadan uzaq olduğunu nümayiş etdirir.

Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq.

33
Teqlər:
irqçi, cəbhə, Ermənistan, Azərbaycan, erməni təxribatı, münaqişə, Dağlıq Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Paşinyan Putinə zəng vurdu
Tərtərdə yaşayış evləri mərmi atəşinə tutulub – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün müraciət edəcək
Azərbaycan Respublikası Baş Prokurorluğu

Baş Prokurorluq: Ermənilərin son təxribatı ilə bağlı 4 maddə üzrə cinayət işi başlanıb

14
Azərbaycan Baş Prokurorluğu müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görür

BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırkı vaxtadək Azərbaycan Ordusunun bir neçə hərbçisi şəhidlik zirvəsinə ucalıb, bir neçə hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqlarında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 116.0.8 (hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.

Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaqdır.

14
Teqlər:
cinayət işi, Baş Prokurorluq, Ermənistan, Azərbaycan, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün müraciət edəcək
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Ermənistan ordusu zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO

Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı

0
"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik" - Azərbaycan XİN

BAKI, 27 sentyabr - Sputnik. Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur: 

"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.

Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir. 

Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk".

0
Teqlər:
açıqlama, Azərbaycan XİN, ölənlər və yaralılar, ölənlər, erməni təxribatı, cəbhə, Dağlıq-Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq