Türkiyə Milli Təhlükəsizlik Şurası

Üç mindən çox əcnəbi Türkiyədən deportasiya olunub

30
(Yenilənib 11:34 29.03.2016)
İbrahim Kalın: "Təəssüf ki, bu gün Qərbdə anti-İslam əhval ruhiyyəsi var. İslama qarşı yönəlmiş istənilən söz, ifadə, deyim İŞİD, "əl-Qaidə" kimi ekstremist terror təşkilatlarının işinə yarayır"

BAKI, 29 mart — Sputnik. "120-dən çox ölkədən 37 min əcnəbinin Türkiyəyə girişinə qadağa qoyulub". Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

Kalının sözlərinə görə, İŞİD və PKK ilə əlaqəsi olmaqda şübhəli bilinən üç mindən çox əcnəbi ölkədən deportasiya edilib: "Bizim bu məsələdə mövqeyimiz qətidir və bütün zəruri addımları atmağa davam edəcəyik".

Ərdoğanın sözçüsü Paris və Brüsseldəki terror aktlarından sonra islamofobiyanın artdığını və anti-islam ab-havasının siyasi vasitə kimi işlədildiyini vurğulayıb: "Bu cür hallarla Belçikadakı terror aktından sonra yenidən rastlaşdıq".

"Cəmiyyətdə fikir formalaşdıran siyasətçilər, din adamları, jurnalistlər və məşhur şəxslər bu məsələdə daha çox həssas olmalıdırlar. Çünki İslama qarşı yönəlmiş istənilən söz, ifadə, deyim İŞİD, "əl-Qaidə" kimi ekstremist terror təşkilatlarının işinə yarayır", —deyə Kalın əlavə edib.

30
Teqlər:
Ərdoğan, İbrahim Kalın, əl-Qaidə, İŞİD, PKK, deportasiya, terror, Türkiyə
Əlaqədar
Pakistan terrorunda şübhəli bilinən 15 nəfər həbs olunub
Türkiyədə seriya terror aktları planı ifşa edilib
Terrorçu, yoxsa qraffiti ustası?
Fransada yeni terror aktları hazırlamaqda şübhəli bilinən şəxs həbs olunub
Ankara terrorunda ölənlərin sayı 36-ya çatıb
Əhməd Davudoğlundan qəribə terror açıqlaması
İstanbulda terror aktı törədən terrorçu İŞİD-lə bağlıdır
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

69
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

69
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

27
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

27
Teqlər:
barel, birja, qiymət, neft
Vurulmuş erməni tankı, arxiv şəkli

Ermənistanın məhv edilən qənimət götürülən texnikaların siyahısı açıqlandı

0
Prezident: "Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı"

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun məhv edilmiş və qənimət kimi götürülən texnikalarının siyahısını açıqlayıb. Sputnik Azərbaycan həmin siyahını təqdim edir:

Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə, "Smerç" - dörd dənə, "Qrad" - 97 dənə, "Uraqan" - 2, "YARS" - 1, TOS odsaçan - 1, "S-300" zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir "S-300" radiolokatoru və iki "S-300" aşkaretmə stansiyası məhv edildi. "Oborona" radiolokasiya stansiyası - 1 dənə, "TOR" zenit-raket kompleksi - 5 dənə, "Osa" zenit-raket kompleksi - 40 dənə, "KUB" zenit-raket kompleksi - 4 dənə, "KRUQ" zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125" zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, "Elbrus" əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, "Toçka-U" raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, "R-142" komanda qərargah maşını - 2 dənə, "Nebo-M" radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, "Reppelent" radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları "Akasiya" və "Qvozdika" – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, "Şilka" zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. "Su-25" təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

"Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır," - deyə İlham Əliyev qeyd edib.

0
Teqlər:
Ermənistan ordusu, siyahı, texnika, hərbi qənimət