Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə seriya terror aktları planı ifşa edilib

© AFP 2023 / ADEM ALTANТурецкие полицейские у посольства США в Анкаре
Турецкие полицейские у посольства США в Анкаре - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə kəşfiyyatı ABŞ səfirliyi və konsulluğuna qarşı terror aktları törətmək planını üzə çıxıb.

BAKI, 27 mar — Sputnik. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) DHKP-C terror təşkilatının ölkədəki ABŞ səfirliyi və konsulluğuna qarşı terror aktı planlaşdırdığını üzə çıxarıb.

Sputnik-in Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, DHKP-C-nin “inqilab şəhidləri həftəsi” elan etdiyi  30 mart — 17 aprel tarixlərində ABŞ səfirliyi və konsulluğuna hücum təşkil etməyi planlaşdırır.

ABŞ səfirlik və konsulluğu ilə bərabər DHKP-C terror təşkilatının hədəfləri sırasında Hakim Ədalət və İnkişaf Partiyasının təşkilatlarının binaları, hakim və prokurorlar da var. MİT DHKP-C-nin terror aktlarını Harika Kızılkaya, Ebru Yeşilırmak, Sercan Arslan, Çağrı Avcı, Özlem Pembe Olgun, Bilgehan Karpat, Hakan Karabey, Ünal Çimen, Ümit Çimen və Nadir Çınarı adlı terrorçular vasitəsi ilə həyata keçirə biləcəyi barədə də xəbərdarlıq edib. Bu terrorçuların fotoşəkilləri ölkə üzrə polis bölmələrinə paylanıb.  Xəbərdarlıqda müxtəlif vaxtlarda DHKP-C terrorçuları əleyhinə qərarlar vermiş hakim və prokurorların mühafizəsinin gücləndirilməsi təlimatı da yer alıb.

Xəbər lenti
0