PKK-ya qarşı əməliyyatlarda beş türk əsgəri şəhid olub

© haberci.orgPKK əleyhinə əməliyyat
PKK əleyhinə əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
Şırnak vilayətində keçirilən əməliyyat zamanı atışma baş verib, nəticədə yeddi əsgər yaralanıb.

BAKI, 24 mar — Sputnik. Türkiyənin Mardin vilayətində PKK-ya qarşı aparılan əməliyyatda üç türk əsgəri şəhid olub.

Türkiyə KİV-nin verdiyi məlumata görə, əməliyyat zamanı doqquz xüsusi təyinatlı yaralanıb.

Bildirilir ki, xüsusi təyinatlılar şəhərdəki binalardan birində əməliyyat keçirdiyi zaman partlayıcı qurğu işə düşüb.

Bundan başqa, Şırnak vilayətində keçirilən əməliyyat zamanı atışma baş verib, nəticədə yeddi əsgər yaralanıb. PKK-çıların partlayıcı qurğunu işə salması nəticəsində yaralanan təhlükəsizlik əməkdaşları xəstəxanaya yerləşdirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti
0