Belçika - Brüksel - Zaventem Havalimanı

Brüssel terrorunun şübhəlisi məşhur idmançının qardaşıdır

47
(Yenilənib 19:39 23.03.2016)
Nayim Laçraui taekvondoçu, dünya çempionatında ikinci yerin sahibi olmuş Mourad Laçrauinin qardaşıdır.

BAKI, 23 mar — Sputnik. Ötən gün Brüsseldəki "Zaventem” beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan Nayim Laçrauinin məşhur Belçika idmançısının qardaşı olduğu açıqlanıb. 

Sputnik-in xəbərinə görə, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, Nayim Laçraui taekvondoçu, dünya çempionatında ikinci yerin sahibi olmuş Mourad Laçrauinin qardaşıdır.

Mourad Laçraui ötən il Belçikanı Koreyada keçirilən taekvondo üzrə dünya çempionatında təmsil edib və 54 kiloqramlıq çəki üzrə gümüş medal qazanıb.

Qeyd edək ki, Belçikanın RTBF dövlət televiziyası ötən gün Brüsseldəki "Zaventem” beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinən 3-cü şəxsin saxlanması barədə məlumat yayıb.

Nayim Laçraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir.

Bundan əvvəl isə hava limanında özlərini partladaraq öldürən terrorçuların Xalid və İbrahim Əl Bakraui qardaşları olduğu açıqlanıb.

Ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.

47
Amerikalı hərbçilər, arxiv şəkli

Kontingent böyüyür: ABŞ Polşa ilə hərbi əməkdaşlıq sazişi imzalayıb

4
(Yenilənib 21:32 15.08.2020)
Sənəd ötən il Vaşinqtonda prezidentlər Andjey Duda və Donald Trampın imzaladıqları bəyannamənin davamıdır.

BAKI, 15 avqust — Sputnik. Vaşinqton və Varşava hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Amerika tərəfindən sazişə Dövlət katibi Mayk Pompeo, Polşa tərəfindən isə Milli Müdafiə naziri Mariuş Blaşak imza atıb.

Sənəd ötən il Vaşinqtonda prezidentlər Andjey Duda və Donald Trampın imzaladıqları bəyannamənin davamıdır.

Saziş xüsusilə Polşadakı Amerika hərbi kontingentinin sayının min nəfər artırılmasını, həmçinin ABŞ Quru qoşunlarının Beşinci korpusunun Komandanlığının respublikaya köçürülməsini nəzərdə tutur.

Hazırda Polşada beş minə yaxın Amerika əsgəri yerləşdirilib.

Sənəd imzalanarkən Duda bəyan edib ki, Polşa ilə ABŞ-ın hərbi əməkdaşlığı "Avropanın bizim yaşadığımız hissəsi üçün", xüsusilə Baltikyanı ölkələr və Ukrayna üçün təhlükəsizliyin gücləndirilməsi deməkdir.

4
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Aleksandr Lukaşenko: "Sən demə mən ölmüşəm"

12
(Yenilənib 20:36 15.08.2020)
Lukaşenko qeyd edib ki, "Belarusun müdafiəsi" indi bütün İttifaq Dövlətinin müdafiəsidir və "belaruslular tab gətirməsə dalğa yayılacaq".

BAKI, 15 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko respublikaya qarşı "təcavüz" baş verdiyini bildirib. O deyib ki, bu vəziyyətin inkişafı "artıq yalnız Belarus üçün" təhdid doğurmur.

"Biz dərinlikdə nə baş verdiyini görürük. Biz bunu çox yaxşı görürük", - Belarus prezidenti deyib.

O bildirib ki, "artıq xarici müdaxilənin elementləri ortaya çıxıb."

Prezident həmçinin qeyd edib ki, "Belarusun müdafiəsi" indi bütün İttifaq Dövlətinin müdafiəsidir və "belaruslular tab gətirməsə dalğa yayılacaq".

Dövlət başçısının dediyinə görə, küçələrdəki etirazçılar "nə etdiklərini bilmirlər" və işlərin real vəziyyətini onları "əlaqələndirən və istiqamətləndirən" şəxslər başa düşürlər. O, sosial şəbəkələrdə səhnələşdirilmiş kadrlardan və feyklərdən istifadə edildiyini vurğulayıb.

"Sən demə mənim artıq Moskvada hansısa evimi tapıblar. İndi açıq şəkildə demək istəyirəm: tapmısınız, götürün. Mənim Belarusda heç bir mülkiyyətim yoxdur, kənddə yaşadığım rəsmi iqamətgahdan başqa. Sən demə mən artıq srağagün ölkədən getmişəm, sən demə gah mən ölmüşəm, gah da xəstələnmişəm."

Avqustun 9-da respublikada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80,1 faizini, Svetlana Tixanovskaya isə 10,12 faizini toplayıb. Müxalifət bu nəticələri qəbul etməyib, Tixanovskaya isə Litvaya köçüb. Ölkədə altıncı gün icazəsiz etiraz aksiyaları keçirilir.

12
Axşam yeməyi, arxiv şəkli

Axşamlar ət yeməyin, yoxsa...

0
Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər.

BAKI, 15 avqust — Sputnik. Ət yeməklərinin həzm edilməsi üçün uzun zaman tələb olunduğuna və bədənin gecə normal istirahət etməsinə imkan vermədiyinə görə, axşam qida rasionundan çxarılmalıdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə dietoloq Natalya Kruqlova danışıb.

Ekspertin sözlərinə görə, donuz, mal, qoyun əti 4-5 saata həzm edilir.

Dietoloq həmçinin bildirib ki, yatmamışdan əvvəl yüksək kalorili yeməklər, bişmiş şirniyyatlar yemək olmaz.

Artıq çəkili şəxslərə axşamlar bulqur şorbası, makaron və kartof yemək tövsiyə edilmir. Turşuya və duza qoyulmuş tərəvəzlər yemək üçün heç kimə faydalı deyil.

Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər. Yatmazdan öncə aclıq hiss edirsinizsə, bir stəkan az yağlı kefir için.

0