Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Brüssel terrorunun üçüncü şübhəlisi də ələ keçdi

© REUTERS / Yves HermanBrüsseldə terror
Brüsseldə terror - Sputnik Azərbaycan
Abunə olmaq
Nayim Laçraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir. Daha əvvəl terror aktının törədilməsində şübhəli bilinən digər şəxslərin Xalid və İbahim Əl Bakraui qardaşları olduğu açıqlanıb.

BAKI, 23 mart — Sputnik. Martın 22-də Brüsseldə "Zaventem" beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinən 3-cü şəxs saxlanılıb. APA-nın Belçikanın RTBF dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Nayim Laçraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir.

Belçika - Brüksel - Zaventem Havalimanı - Sputnik Azərbaycan
Brüssel qan içində: ölənlərin sayı 34-ə çatdı

Daha əvvəl terror aktının törədilməsində şübhəli bilinən digər şəxslərin Xalid və İbahim Əl Bakraui qardaşları olduğu açıqlanıb. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.

Ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. "Zaventem" beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.

Xəbər lenti
0