Bahalı şəhər

2016-cı ilin ən bahalı evləri onların sahibləri kimlərdir?

5843
(Yenilənib 20:12 22.03.2016)
Dünyanın ən bahalı evinin qiyməti 12.2 milyard dollardır, 2442 kvadrat metr sahədə yerləşir. Yaşayış sahəsi 752, terras isə 388 kvadrat metr təşkil edir. Evin 245 kvadrat metrini şərab zirzəmisi tutub.

BAKI, 22 mart — Sputnik. Bütün dünyaya yayılan maliyyə böhranı ən bahalı evlərin qiymətlərinə təsir edə bilməyib. Bəzən zəngin insanlar hamıdan varlı olduqlarını nümayiş etdirmək üçün maddi dəyəri hansısa bir ölkənin dövlət büdcəsinə bərabər olan mülk alırlar. Bəs 2016-cı ilin ən bahalı evləri və onların sahibləri kimlərdir? İlk beşliyi sizə təqdim edirik:

5. Beşinci yerdə "Hearst" qalası qərarlaşıb. 1926-cı ildə Los-Ancelesdə tikilən qalanın qiyməti 165 milyon dollardır. Qəsri 26 qəzet, 13 milli jurnal, 8 radiostansiya və dünyaya yüzdən artıq uğurlu film buraxan şəxsi kinostudianın sahibi Uilyam Rendolf Hearst tiktirib. Memarlığın tarixi də qiyməti kimi maraqlıdır. Qalanın yerləşdiyi torpağı Hearstin atası 1856-cı ildə almışdı, hər il 7 nəfərdən ibarət olan ailə bura gəlib çadırlar qururdular. İndi isə burada ümumi sahəsi 6750 kvadrat metr olan qala yerləşir. Okeandan 8 km aralı olan qalada 56 otaq, bir neçə hovuz, xüsusi hava limanı, kinoteatr və heyvanxana var.

4. Dünyanın dördüncü ən bahalı evi ABŞ-da yerləşən Fairfield Pond adlı evdir. 29 yataq otağından ibarət villanın qiyməti 170 milyon dollardır. 39 vanna otağından ibarət malikanədə basketbol meydançası, 3 hovuz və uzunluğu 100 metr olan yeməkxana var. Malikanənin rəhbəri "Renco" şirkətinin rəhbəri Ayra Rennertdir.

3. Üçüncü yerdə "Villa Leopolda" qərarlaşıb. Fransanın cənubunda yerləşən ən yaxşı sahil xətti görünüşünə malik 29 min kvadrat metr sahəsi olan möhtəşəm villaya 19 yataq otağı, 14 vanna otağı, geniş bağlar, özəl çimərlik daxildir. 736 milyon ABŞ dolları dəyərindəki villa ağac xətti ilə əhatə edilir. Əmlakın sadə ölçüsü son dərəcə heyrətləndiricidir. Burada qonaq evləri, üzgüçülük hovuzları, idman kortları, boulinq meydançası, çox sayda mətbəx, kinoteatr, nadir mərmər döşəmə, dövrün orjinal bədii əsərləri var.

2. 2016-cı ilin ikinci ən bahalı evi Antilladır. Hindistanda yerləşən evin qiyməti 1 milyard dollar təşkil edir. Mumbayda sıxlıq səbəbindən maqnatlar villalara deyil, hündür mərtəbəli binalar inşa etməyə üstünlük verirlər. Mukeş Ambaniyə məxsus 27 mərtəbəli, 40 min kvadrat metr ev 21-ci əsrin Tac-Mahalı adlandırılır. Binada kinozal, vertolyot yeri, hovuz, Krişna ibadətgahı, bar və kitabxana var. Tikilinin 6 mərtəbəsi isə avtodayanacaqdır. Hansı ki, orada Mukeş Ambaniyə məxsus 168 avtomobil kolleksiyası göz oxşayır. 6 nəfər ailə üzvünün yaşadığı möhtəşəm tikilidə 600 xidmətçi işləyir. Bu hər ailə üzvünə 100 qulluqçunun düşməsi deməkdir. Antilla Mumbay haqqında digər maraqlı fakt binada 3 vertolyot dayanacağının olması, binada asma bağların, hovuzun, 2 mərtəbəli xəstəxananın, 50 nəfərlik kinozalın yerləşməsidir. Bundan başqa, evdə Hindistan istisindən qorunmaq üçün qarlı otaq var. Otağın sirrini ev sahiblərindən başqa heç kim bilmir.

1. Və nəhayət, dünyanın ən bahalı evi İsveçdə Zug gölünün sahilində yerləşən evdir. Bu qeyri-adi ev 12.2 milyard dollaradır, 2442 kvadrat metr sahədə yerləşir. Yaşayış sahəsi 752, terras isə 388 kvadrat metr təşkil edir. Evin 245 kvadrat metrini şərab zirzəmisi tutub. Evin bu qədər bahalı olmağının əsas səbəbi isə odur ki, onun tikintisində 200 ton qiymətli metallar, eləcə də, meteor daşlar və dinozavr sümüklərindən istifadə olunub.

5843
Teqlər:
bahalı ev, villa, əmlak, mənzil
Əlaqədar
Bu bitki sizi və evinizi xəstəliklərdən qoruyacaq
Paytaxtda 5 ev yandı
"Hər dəfə deyirəm ki, gələn il özümə ipoteka ilə ev alacam..."
"Hamı istəyir ki, evinin qarşısında dayanacaq olsun"
Ekspert: ev alqı-satqı bazarında anormallıq var
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

10
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

10
Teqlər:
nazir, Ermənistan, azad edilmə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

14
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

14
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması