Флаги Евросоюза

İyulun 1-dən Türkiyə ilə arasında viza rejimi qaldırılacaq

43
(Yenilənib 00:06 22.03.2016)
Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin aradan qaldırılmasına dair qərar bu il iyulun 1-dən qüvvəyə minəcək.

BAKI, 21 mart-Sputnik. Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin aradan qaldırılmasına dair qərar bu il iyulun 1-dən qüvvəyə minəcək.

Sputnik "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşı bildirib.

Bir neçə gün öncə Brüsseldə keçirilən Avropa İttifaqı-Türkiyə sammitindən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu viza rejiminin iyunun sonunadək ləğv ediləcəyi barədə açıqlama vermişdi.

"İyunun sonuna — Niderlandın sədrliyinin başa çatmasına qədər viza rejiminin ləğvi üzrə proses bitəcək"- deyə Ə.Davudoğlu bildirmişdi.

Fransa prezidenti Fransua Olland isə demişdi ki, qərarın qəbul olunması Türkiyənin Aİ tərəfindən irəli sürdüyü 72 öhdəliyin yerinə yetirilməsindən asılıdır.

43
Teqlər:
viza rejimi, viza, Avropa ittifaqı, Əhməd Davudoğlu, Niderland, Fransa prezidenti, Fransua Olland, Avropa, Türkiyə
Əlaqədar
"Avropa İttifaqı 3 milyardı Türkiyəyə ödəməyəcəksə, öz bəxtindən küssün"
Avropa İttifaqı Şurasının sədri: “Balkan marşrutu” bağlandı
Davudoğlu: Avropa İttifaqı ilə Türkiyə arasındakı viza rejimi ləğv ediləcək
Avropa İttifaqı Türkiyəyə 15 gün vaxt verdi
Avropa İttifaqı Türkiyəyə 1 milyard avro maliyyə yardımını təsdiqləyib
 Türkiyə ordusuna məxsus Bayraqdar PUA-sı, arxiv şəkli

Rusiya Qarabağa görə yeni PUA yaradır

6
(Yenilənib 22:30 05.12.2020)
Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.

BAKI, 5 dekabr — Sputnik. Noyabr ayında Rusiya müəssisələri "son yerli qarşıdurmaların təcrübəsinin təhlilini" nəzərə alaraq, düşmən pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün hazırlanmış pilotsuz uçuş aparatı (PUA) yaratmağa başlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına  istinadla xəbər verir ki, məlumata görə, "uzun mənzilli radar patrulu üçün pilotsuz bir helikopter" "kiçik və aşağı sürətli düşmən pilotsuz təyyarələrini aşağı və son dərəcə aşağı yüksəkliklərdə" izləmək və "onlara hərbi hava hücumundan müdafiə zenit-raket sistemlərini hədəf almaq" üçün nəzərdə tutulub.

Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.

Xatırladaq ki, noyabr ayında Strateji və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) direktor müavini Konstantin Makienko Qarabağdakı son münaqişəni şərh edərkən Rusiyanın məğlub tərəf olduğunu qeyd edərək bildirib ki, Ukrayna Silahlı Qüvvələri də Rusiyanın sahib olmadığı üçüncü nəsil tank əleyhinə raket sistemləri və kamikadze dronlarına sahibdir.

6
Teqlər:
Azərbaycan, Qarabağ, istehsal, Rusiya, PUA
Ağlayan qadın, arxiv şəkli

Həkim ölümüylə bütün İzmiri ağlatdı - VİDEO

8
Qızın sözlərinə görə, İzmirdə güclü zəlzələ olan gün, oktyabrın 30-da Adnan Çetinin durumu ağırlaşıbmış, amma zəlzələdə xəsarət alanlardan kiminsə ehtiyacı olar deyə özünə görə təcili tibbi yardım çağırmayıb

BAKI, 5 dekabr - Sputnik. İyirmi beş illik fasilədən sonra tibb fakültəsindən məzun olan təcili yardım həkimi Adnan Çetin koronavirusa yoluxaraq dünyasını dəyişib. 

Sputnik Azərbaycan Milliyet-ə istinadən bildirir ki, həkimin qızı Afra Sevde Çetin atasının evdə müalicə aldığını, sonradan vəziyyətinin ağırlaşdığını deyib. Qızın sözlərinə görə, İzmirdə güclü zəlzələ olan gün, oktyabrın 30-da Adnan Çetinin durumu ağırlaşıbmış, amma zəlzələdə xəsarət alanlardan kiminsə ehtiyacı olar deyə özünə görə təcili tibbi yardım çağırmayıb. Xəstəxanaya yerləşdiriləndə onun ciyərlərinin 80 faizində tutulma olduğu bəlli olub. A.Çetin 35 gün reanimasiyada qaldıqdan sonra dekabrın 4-də dünyasını dəyişib.

Adnan Çetin illər öncə tibb fakültəsində təhsilini yarımçıq qoymağa məcbur olub, amma həkimliyə olan sevdası heç vaxt bitməyib. Bu ilin fevralında tibb fakültəsindən məzun olmağı bacaran A.Çetin mayda işə başlayaraq cəmi 7 ay həkimlik edib. Qızları deyirlər ki, onunla hətta "səni koronavirusla mübarizəyə təyin edəcəklər" deyə zarafat edirmişlər. 

59 yaşlı A.Çetin infarkt keçiribmiş və ürəyinə stent taxılıbmış. 

8
Teqlər:
ölüm, yoluxma, Koronavirus, epidemiya, COVID-19, həkim, təcili yardım, İzmir, Türkiyə