Полиция в Турции. Архивное фото

İstanbulun mərkəzində partlayış baş verib

63
(Yenilənib 13:58 19.03.2016)
Əraziyə çoxlu sayda təcili yardım maşını gəlib. Yaralıların olduğu bildirilir.

BAKI, 19 mart – Sputnik. İstanbulun Taksim meydanına paralel İstiqlal küçəsində partlayış baş verib.

Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 12:55-də alış-veriş mərkəzinin qarşısında, insanların sıx olduğu vaxtda yaşanıb. Əraziyə çoxlu sayda təcili yardım maşını gəlib. Yaralıların olduğu bildirilir. Ölənlər barədə isə məlumat yoxdur.

63
Antoniu Quterreş, arxiv şəkli

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

2
(Yenilənib 22:55 23.11.2020)
Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb: “Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcək”.

BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:

“Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir” - deyə, o bildirib.

2
Teqlər:
humanitar, BMT, xarici işlər naziri ceyhun bayramov
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

12
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

12
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus