Президент Турецкой республики Реджеп Тайип Эрдоган. Архивное фото

Ərdoğan PKK-nın arxasında Qərbin dayandığını bildirib

32
Türkiyə prezidenti: Maraqlıdır ki, bu gün Qərbdə də, PKK-nın mərkəzi Kandil dağında da eyni fikirlər səslənməkdədir - “Ərdoğan gedərsə, sabitlik gələr”.

BAKI, 16 mart – Sputnik. “PYD və YPG də PKK terrorçuları kimi kürdlərin çox az bir hissəsini təmsil edirlər. Onların əsl dəstəkçisi Qərbdir və silahların haradan gəldiyini də görürük”.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı konfransdakı çıxışı zamanı deyib:

“Maraqlıdır ki, bu gün Qərbdə də, PKK-nın mərkəzi Kandil dağında da (İraq) eyni fikirlər səslənməkdədir — Ərdoğan gedərsə, sabitlik gələr”.

Türkiyə prezidenti daha sonra əlavə edib: “PYD kimi YPG də terror qruplaşmasıdır və kürdlərin çox kiçik bir hissəsini təşkil edirlər. Bunlar silah ədə etmək üçün pulu haradan tapırlar?!”

Ərdoğan, Türkiyəyə münasibətdə Qərb ölkələrini səmimi olmağa çağırıb: 

“Terrora qarşı da münasibətiniz birmənalı deyil. Bu gün bizdə törədilən terrorlar sabah sizin ölkənizdə baş verə bilər. Fransada terror törədiləndə qiyamət qoparırdınız. Bəzi ölkələr Türkiyəni dizüstə çökdürmək istəyir. Bütün terrorların arxasında duran həqiqət budur. Biz ölkəmizi daha yaxşı hala gətirmək üçün fəaliyyət göstəririk. Ancaq sizin dərdiniz bu ölkəni bölüb, parçalamaqdır. Amma parçalaya, bölə bilməyəcəksiniz”.

32