Kəndir

Edam cəzası yenidən bərpa olunacaq

1344
(Yenilənib 10:36 16.03.2016)
Bu mövzunun müzakirəsinə səbəb ölkədə kriminal terrorun artaraq çoxalmasıdır.

BAKI, 16 mart – Sputnik. Latın Amerikası ölkəsi Qvatemalada edam cəzası yenidən bərpa oluna bilər. 

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə dövlət rəhbəri Cimmi Morales açıqlama verib.

Morales bəyan edib ki, qanun onu parlamentin bu təşəbbüsü təsdiq edəcəyi təqdirdə cinayət əməlinə görə cəza qismində ölüm hökmünün geri qaytarılması ilə razılaşmağa məcbur edir.

"Ölkə rəhbəri qanunu, ölüm hökmü haqqında 18-ci maddəni icra edir və əgər respublika Konqresi bu qanunu icra hakimiyyəti başçısına verərsə, prezident bunu icra etməlidir, biz burada qanunun özünü müzakirə etmirik, elə edirik ki, o icra olunsun", — deyə Morales bildirib.

Hazırda Qvatemalada ölüm hökmünə moratorium var. Lakin bir neçə gün əvvəl bir qrup deputat bu cəza tədbirinin tətbiqinin geri qaytarılması təklifini parlamentin gündəliyinə daxil edib.

Bu mövzunun müzakirəsinə səbəb ölkədə kriminal terrorun artaraq çoxalmasıdır.

1344