Ankaradakı ABŞ səfirliyi

Ankarada növbəti terror həyacanı: konkret tarix açıqlandı

740
(Yenilənib 17:28 15.03.2016)
ABŞ kəşfiyyatı martın 20-də Türkiyənin paytaxtında daha bir dəhşətli terror aktının olacağını açıqlayıb. Birləşmiş Ştatların bu ölkədəki səfirliyi Amerika şirkətlərinə növbəti terror xəbərdarlığı haqqında məktub göndərib.

BAKI, 15 mart — Sputnik. ABŞ səfirliyinin Ankaranın Qızılay istiqamətində baş verən terrordan iki gün əvvəl bu barədə xəbərdarlıq etdiyi haqda məlumat öz aktuallığını qoruyarkən, yeni bir terror xəbərdarlığı gəlib.

Firefighters try to extinguish flames following an explosion after an attack targeted a convoy of military service vehicles in Ankara
© AFP 2020 / STRINGER

Səfirliyin ABŞ-ın investisiya şirkətlərinə göndərdiyi kəşfiyyat məlumatlarına istinad edilən məktubunda, 20 martda növbəti terror olacağı barədə xəbərdarlıq edilib.

Sputnik Habertürk-ə istinadla xəbər verir ki, xəbərdarlıq məktubunda dövlət və hökumət binaları kimi terrorun hədəfi ola biləcək yerlərdən uzaq durmaq tələb olunur. Burada inzibati binalar, hərbi birliklərin, diplomatik missiyaların yerləşdiyi binaların, meydanların, ibadət və turizm yerlərinin də hədəf ola biləcəyi qeyd edilib.

Hətta Novruzun son həftəsi ilə üst-üstə düşdüyünə görə, terror aktlarının arta biləcəyi ehtimalı da irəli sürülüb: "Çoxluğun olduğu hər yerdən, hökumət idarələri, səfirliklər kimi terrorun hədəfi olacaq yerlərdən uzaq durun".

Səfirlik ABŞ vətəndaşlarına bu həftəyə planlaşdırdıqları səfərlərini təxirə salmağı tövsiyyə edir. "Ailənizi və yaxınlarınızı vəziyyətdən xəbərdar edin", — deyə səfirliyin xəbərdarlıq məktubunda bildirilib.

740
Teqlər:
Ankara, Türkiyə, kəşfiyyat, ABŞ, terror
Əlaqədar
İkinci Ankara terroru: Ərdoğanın Bakıya yolunu niyə kəsdilər?
"Həm terrorçular, həm də onların arxasındakılar cəzalandırılacaq"
Terror qurbanları arasında məşhur futbolçunun atası da var
Terror qurbanlarının sayı artır
ABŞ kəşfiyyatı Ankara terroru barədə məlumatlı olub? - Rəsmi açıqlama gəldi
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

1
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

1
Teqlər:
dəstək, proqram, teatr
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

10
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

10
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Dövlət Tərcümə Mərkəzi "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb

0
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

0
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi