Mariya Şarapova

"Dopinq ittihamı siyasi təzyiq vasitəsidir"

99
(Yenilənib 19:10 09.03.2016)
Dopinqə görə ömürlük yarışlardan uzaqlaşdırılan, keçmiş ağır atlet: "Mariya Şarapovanın günahı yoxdur, təqsir həkimdədir. İdmançı yarışdan nəticə qazanmağı buraxıb, dopinq siyahısı ilə məşğul olacaqsa, o zaman həkim və məşqçi nəyə lazımdır?"

BAKI, 9 mart — Sputnik. Dünən idman mediasında yayılan şok effekti yaradıb. Dünyanın ən güclü xanım tennisçilərindən olan Mariya Şarapovanın qanında dopinq akarlanıb və buna görə idmançı xanımın idmandan bir neçə illik uzaqlaşdırılmasına dair qərar verilib. Rusiyalı tennisçi 10 ildir bu dərmandan istifadə etdiyini və meldoniya preparatının dopinq siyahısına salındığından xəbərsiz olduğunu etiraf edib.

Zülfüqar Süleymanov, keçmiş ağır atlet
© Photo : Hookgrip
Zülfüqar Süleymanov, keçmiş ağır atlet

Məsələnin qalmaqallı tərəfi, nələrin dopinq hesab olunması, Şarapovanın təqsirli olub-olmaması ilə bağlı Sputnik-in əməkdaşı, dopinqə görə ömürlük yarışlardan uzaqlaşdırılan, keçmiş ağır atlet Zülfüqar Süleymanovla həmsöhbət olub.

- Zülfüqar bəy, dopinq müayinəsi nəticəsində idmançının karyerasına son qoymaq nə dərəcədə ədalətli qərardır?

— Hazırda elə idman növləri yoxdur ki, orada dopinq olmasın. Hər bir idman növündə bu dərmanlardan istifadə edilir. Sadəcə bu dərmanların bədəndən çıxma zamanı var. İdmançıların bundan xəbəri olmur, həkim və məşqçi verir idmançıya, idmançı da qəbul edir, xəbərsiz olur və sonra dopinq məsələsi ortaya çıxanda idmançı pis vəziyyətdə qalır.

- Deməli dopinq siyahısını idmançı özü izləməlidir, yoxsa bu, həkimin işidir?

— Hər bir komandanın öz həkimi var və həkim nəzarət etməlidir buna. İdmançı yalnız idmanda nəticələrini fikirləşməlidir. İdmançı siyahını da izləyəcəksə, nə edir onda həkimi? Bu mənada Şarapovanın günahı yoxdur, günah həkimdədir. Bir iş var ki, dopinq məsələsi artıq siyasi məsələdir. Beynəlxalq federasiyalar var ki, ölkələrdən medal üçün müəyyən vəsait tələb edir. Bunu vermədikdə həmin ölkələr müxtəlif bəhanələrlə idmançıları uzaqlaşdırır yarışdan. Dopinq də bəhanələrdən biridir.

- Bəzi mütəxəsisslərin fikrincə, Mariya Şarapova ətrafında baş verənlər Rusiyaya qarşı düşünülmüş siyasətin tərkib hissəsidir. Bununla razısınız?

— Tam razıyam bu fikirlə. Dünyada idmanla bağlı siyasət, daha doğrusu siyasətdə idman amili var və bunu heç kim inkar etmir.

99
Teqlər:
Zülfüqar Süleymanov, Mariya Şarapova, dopinq, yarış, idman, qalmaqal
Əlaqədar
Mariya Şarapova dünyanın ən çox qazanan qadın idmançısıdır
Türkiyədə idmançıları daşıyan avtobus aşıb, ölən və yaralananlar var
Öldürülən idmançının yaxında üçüncü övladı dünyaya gələcək
"Həyatımı idmana həsr edəcəm, özümü başqa yerdə görmürəm"
Raket buraxılışı, arxiv şəkli

Rusiya ABŞ-ın Avropadakı hipersəsli raketlərlə bağlı açıqlamasına cavab verdi

14
(Yenilənib 16:14 29.10.2020)
"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur"

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ milli təhlükəsizlik müşaviri Robert O'Brayenin Rusiyanı cilovlamaq üçün Avropada hipersəs silahları və ballistik raketlər yerləşdirməyə hazır olduqlarına dair açıqlamasına reaksiya verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfir bu addımın Avropada raket silahlanma yarışının başlamasına rəvac verəcəyini bildirib.

"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur. Əgər Vaşinqton həqiqətən "silahlanma üzərində real nəzarət"də maraqlıdırsa, o zaman Avropa qitəsində raket silah yarışının eskalasiyasına ehtiyac yoxdur", – deyə Antonov səfirliyin "Facebook" səhifəsində yayımlanan şərhdə bildirib.

Diplomat Prezident Vladimir Putinin Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında Müqavilənin (INF) deeskalasiyası vəziyyətində irəli sürdüyü təklifləri "konstruktiv alternativ" adlandırıb.

"Rusiya Avropa qitəsində və dünyanın digər bölgələrində yeni bir raket silahlanma yarışının qarşısını almaq üçün xarici tərəfdaşlarla ortaq səylər göstərməyə hazırdır", – deyə Antonov bildirib.

Qeyd edək ki, INF Müqaviləsi qlobal strateji sabitliyi təmin etmək məqsədi daşıyırdı. 2019-cu ilin avqust ayında ABŞ Rusiyanı qadağan edilmiş 9M729 raketini hazırlamaqda və sınaqdan keçirməkdə günahlandıraraq müqavilədən çıxıb. Moskva isə bəyan edib ki, o, yolverilən radiusda – 500 kilometrdən qısa məsafədə hərəkət icazəsinə sahibdir.

Xatırladaq ki, oktyabrın 26-da Vladimir Putin INF Müqaviləsi başa çatması fonunda gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağı təklif edib. Rusiya lideri qarşılıqlı razılaşma prinsipinə əsaslanan nəzarət mexanizmlərinin işlənib-hazırlanmasının vacibliyini vurğulayıb.

14
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb 366 ölü

12
(Yenilənib 15:15 29.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb

BAKI, 29 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 17717 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 366 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44,4 milyonu keçib, 1,17 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Kritik vəziyyət: Gürcüstanda 20, Ermənistanda 29 nəfər koronavirusdan öldü
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Koronavirus daha tez öldürməyə başlayıb
Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı

Bizim razılığımız olmadan, Qarabağda müşahidəçilər yerləşdirilə bilməz - Ceyhun Bayramov

0
Ceyhun Bayramov: "Biz Azərbaycanın suveren ərazisindən danışırıq. Nəzarətçilər də daxil olmaqla, istənilən qüvvələrin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır".

BAKI, 29 oktyabr — Sputnik. Ermənistanda Qarabağ münaqişəsinin danışıqlarla nizamlanmasında maraqlı deyil. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Azərbaycan Xarici İşlər naziri eyni zamanda qeyd edib ki, istənilən müşahidəçilərin Qarabağda yerləşdirilməsi rəsmi Bakı ilə razılaşdırılmalıdır.

"Nəzərə almaq lazımdır ki, biz Azərbaycanın suveren ərazisindən danışırıq. Nəzarətçilər də daxil olmaqla, istənilən qüvvələrin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır”, - deyə Ceyhun Bayramov qeyd edib.

O, əlavə edib ki, atəşkəs rejiminə nəzarət üzrə monitorinq mexanizminin tətbiqi nizamlanma prosesi ilə sinxronlaşdırılmalıdır.

0