İki ay ərzində Gürcüstana 113,8 min Azərbaycan vətəndaşı səfər edib

© Flickr / Gill M LГоры в Грузии
Горы в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir.

BAKI, 2 mar — Sputnik. Bu ilin yanvar-fevral aylarında Gürcüstana 113,8 min Azərbaycan vətəndaşı səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir.

Qeyd olunur ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.

Gürcüstana səfər edənlər arasında Türkiyə vətəndaşları (92 min nəfər) ikinci yerdədir.

Ümumilikdə, yanvar-fevral aylarında Gürcüstana 683,5 min əcnəbi səfər edib. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.

Xəbər lenti
0