“Novocherkassk” hərbi gəmisi. Arxiv şəkli

Rusiya hərbi gəmisi Çanaqqala boğazından keçərək Mərmərə dənizinə yön alıb

71
(Yenilənib 18:39 01.03.2016)
“Novocherkassk” hərbi gəmisi Çanaqqala boğazından keçərək Mərmərə dənizinə yön alıb.

BAKI, 1 mart — Sputnik. Rusiya donanmasına  aid  142 nömrəli  “Novocherkassk”  hərbi gəmisi Çanaqqala boğazından keçərək Mərmərə dənizinə yön alıb.

Sputnik gazetevatan-a istinadla xəbər verir ki, Egey dənizindən Çanaqqala boğazına daxil olan döyüş gəmisi saat 14.05 radələrində Çanaqqala önlərinə çatıb.

Mərmərə dənizinə doğru irəliləyən döyüş gəmisini Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığı qrupları müşayiət edib.


71