Türkiyədə idmançıları daşıyan avtobus aşıb, ölən və yaralananlar var

© Photo : APAАвтобус, попавший в ДТП в Баку. Архивное фото
Автобус, попавший в ДТП в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Kahramanmaraş-Kayseri magistral yolda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

BAKI, 27 fev — Sputnik. Türkiyənin Kayseri şəhəri yaxınlığında həndbol komandasını daşıyan avtobus aşıb.

Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, Kahramanmaraş-Kayseri magistral yolda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.  

Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.  

Xəbər lenti
0