Иранцы стоят в очереди на избирательный участок в городе Кум. Архивное фото

İranda seçkilər başa çatıb, ilkin nəticələr açıqlandı

64
Hesablamalara əsasən, səsvermədə seçicilərin 70 faizi iştirak edib.

BAKI, 27 fev – Sputnik. İran parlamentinə və Dini Ekspertlər Şurası Məclisinə keçirilən seçkilərdə səsvermənin müddəti 5 dəfə uzadılıb.

Sputnik mehrnews.com-a istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, 18.00-da başa çatmalı idi, ancaq səsvermənin vaxtı 5 dəfə uzadılaraq, 23.45-də başa çatıb.

Müddət uzadıldığından, bu gün — fevralın 27-də ölkə üzrə məktəblər bir günlüyə bağlanıb.

İlkin hesablamalara əsasən, səsvermədə seçicilərin 70 faizi iştirak edib.

Tehran və İranın böyük şəhərlərində seçkinin nəticələri hələ açıqlanmasa da, başqa bölgələrdən əldə edilən məlumatlara əsasən, mühafizəkarlar, sərt xətçilər öndədir.

Qeyd edək ki, 6 220 nəfər deputatlığa namizəd qeydə alınmışdı.

İranda seçicilərin səsvermə hüququ 18 yaşdan başlayır. Namizədin yaşı isə 30-75 arasında olmalıdır. 54 milyon 915 min seçicinin səs verməsi üçün 53 min seçki məntəqəsi fəaliyyət göstərib.

İran parlamenti bir palatadan və 290 deputatdan ibarətdir. Deputatların səlahiyyət müddəti 4 ildir. Yeni parlament seçkilərdən 3 ay sonra — 2016-cı il mayın 27-də fəaliyyətə başlayacaq.

Ölkə konstitusiyasına əsasən, dini azlıqların, yəhudi, xristian və atəşpərəstlərin təmsilçilərinə kvota ayrılıb. X çağırış parlament seçkilərinə namizədlər arasında 9 erməni də var. Onların namizədliyini daşnaklar dəstəkləyir. Parlamentdə xristianlar üçün ayırılan 2 deputat yeri bir qayda olaraq ermənilərə verilir.

Dini Ekspertlər Şurası Məclisindəki (Məclise-Şuraye-Xübreqan) 88 yerə 161 namizəd iddia edirdi. Dini alim və şəriət bilicilərindən formalaşdırıldığı əsas götürülən şura üzvləri 8 il müddətinə seçilir.

Şura ölkənin ən ali qurumudur. O, ölkənin ali rəhbərini seçir. İndi bu vəzifədə ayətullah Seyid Əli Xameneidir. Ondan əvvəl isə ayətullah Xomeyni İranın ali rəhbəri olub.

64
Bred Pitt və Ancelina Coli

Nikaha girdikləri malikanə üstündə məhkəməlik oldular

116
(Yenilənib 00:04 23.09.2021)
Məhz "Château Miraval" malikanəsində Pitt və Coli nikaha giriblər. İki il sonra isə Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib.

BAKI, 22 sentyabr — Sputnik. Hollivud ulduzları Bred Pitt və Ancelina Coli arasında birlikdə əldə edilmiş əmlak bölgüsü üstündə məhkəmə çəkişmələri davam edir. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu dəfə məhkəmə prosesinin səbəbi Fransada yerləşən "Château Miraval" malikanəsi olub. Malikanənin qiyməti 60 milyon dollardan çoxdur.

Aktyor deyir ki, keçmiş həyat yoldaşı birinci il deyil ki, ona daşınmaz əmlak payını əldə etməkdə mane olur. Ancelina eks-həyat yoldaşının maliyyə maraqlarına məhəl qoymayaraq, öz aksiyalarının 40%-ni satmağa çalışır.

"Ancelina Colinin şirkəti Bred Pittin malikanəyə yatırdığı inanılmaz miqdarda pul və səylərini nəzərə almadan öz gəlirini almaq istəyir. Son dörd il ərzində Colinin "Nouvel" şirkəti müntəzəm olaraq illik hesabatın təsdiqini və menecerin səlahiyyət müddətinin uzadılmasını təxirə salırdı", - iddia ərizəsində deyilir.

Bredin ətrafından olan insayder bildirib ki, keçmiş həyat yoldaşının addımı aktyoru şoka salıb. Xatıradaq ki, məhz "Château Miraval" malikanəsində Pitt və Coli nikaha giriblər. İki il sonra isə Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib. Sonradan məlum olub ki, aktrisa keçmiş sevgilisini aqressiv davranışda və alkoqol asılılığında ittiham edirdi.

Eləcə də oxuyun:

116
Teqlər:
Ancelina Coli, Bred Pitt, malikanə, məhkəmə
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Koronavirusa qarşı peyvənd olunanlar xəstəliyi necə keçirirlər

95
(Yenilənib 21:59 22.09.2021)
Moskva merinin müavini xatırladıb ki, yoluxma hallarının yenidən artdığı dövrdə insanlar öz sağlamlığının və təhlükəsizliyinin qeydinə qalmalıdırlar.

 

BAKI, 22 sentyabr — Sputnik. Peyvənd olunmuş şəxslər arasında koronavirusa yoluxanların sayı çox deyil, onlar xəstəliyi bir xeyli yüngül keçirir, tək-tük hallarda xəstəxanaya yerləşdirilirlər. RİA Novosti xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Moskva şəhər merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova deyib.

O xatırladıb ki, yoluxma hallarının yenidən artdığı dövrdə insanlar öz sağlamlığının və təhlükəsizliyinin qeydinə qalmalıdırlar: maska taxmalı, peyvənd olunmalı, vaxtı çatanda vaksinin növbəti dozasını vurdurmalıdırlar.

"Qeyd etmək istəyirəm ki, vaksinasiya yoluxma riskini kifayət qədər aşağı salmağa imkan verən vasitədir. Peyvənd olunmuş şəxslər arasında koronavirusa yoluxanların sayı azdır, onlar xəstəliyi çox yüngül keçirir, nadir hallarda xəstəxanaya yerləşdirilirlər", – deyə Rakova vurğulayıb.

Eləcə də oxuyun: 

95
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, vaksin, xəstə, xəstəlik
Aytən Səfərova, arxiv şəkli

Tanınmış aparıcı etiraz etdi: "Bir uşağı bütün nəsil yola salmağa gəlib"

0
Aparıcı özünün də məktəbə getməsini tənqid edənlərə: "Ağzigöyçəklər üçün məlumat: mən və kadrda gördüyünüz valideynlər ən axırda daxil olduq qapıdan. Bir dəqiqə keçmədi, hamımızı çıxartdılar", - cavabını verib.

BAKI, 23 sentyabr — Sputnik. Aparıcı Aytən Səfərova məktəblərdəki sıxlıqdan gileylənib.

Sputnik Azərbaycan xəbər verir ki, övladı Raulu birinci sinfə yollayan aparıcı məktəbə gələn valideynləri tənqid edib. "Təsəvvür edin, valideynlər şikayət edirlər. Bir uşağı qapıdan 8 nəfər yola salır. Heç bir müəllim qınanılası deyil. Sonra deyirlər, izdihamda dayanıb gözləyirik. Bir uşağı bütün nəsil yola salmağa gəlib", - deyə Səfərova bildirib.

Aparıcı özünün də məktəbə getməsini tənqid edənlərə: "Ağzigöyçəklər üçün məlumat: mən və kadrda gördüyünüz valideynlər ən axırda daxil olduq qapıdan. Bir dəqiqə keçmədi, hamımızı çıxartdılar" , -cavabını verib.

Məlumat üçün bildirək ki, Səfərova 1998-ci ilin aprel ayından etibarən ANS ÇM radiosunda fəaliyyətə başlayıb. Əvvəlcə radioda xəbər buraxılışlarının və "İsti-İsti" verilişinin aparıcısı, daha sonra ANS TV-də "Pressing", "İç xəbər" və "Xəbərçi" verilişlərinin prodüseri, "İç xəbər", "Kökaltı", "Salam, Azərbaycan" verilişinin müxbiri və aparıcısı, "Xəbərçi" verilişinin aparıcısı, prodüseri, Baş aparıcı-redaktoru vəzifələrində çalışıb. 2015-ci il sentyabrın 1-də A.Səfərova ANS TV-dən ayrılıb. Elə həmin vaxt da "Azad Azərbaycan" telekanalından təklifi qəbul edərək bu teleşirkətlə əməkdaşlığa başlayıb.

0