SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp növbəti qələbəsini qazanaraq respublikaçıların favoriti imicini möhkəmlədib

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidДональд Трамп. Архивное фото
Дональд Трамп. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Respublikaçı milyarder Donald Tramp prezidentliyə namizədlik yarışında Nevada ştatında da qələbə qazanıb.

BAKI, 24 fev — Sputnik. ABŞ-dakı prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi çərçivəsində Respublikaçılar Partiyasının Nevada ştatında keçirdiyi kokuslarda (partiya toplantıları) milyarder Donald Tramp qalib gəlib.

Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp 46,2% səs alıb. Onun əsas rəqibləri — Marko Rubio 23,6%, Ted Kruz isə 20,4% səs toplayıb. Digər namizədlər — Ben Karson və Con Keysik bu "üçlük"dən xeyli geri qalıb.

Bundan əvvəl Nyu-Hempşir və Cənubi Karolina ştatlarında keçirilən ilkin seçkilərdə də Tramp qələbə qazanmışdı. Ayovadakı kokuslarda isə Ted Kruz qalib gəlib.

Beləliklə, öncədən autsayder, alternativ namizəd sayılan Donald Tramp Respublikaçıların prezident seçkilərində əsas namizədinə çevrilməkdədir. Liberal dəyərlərə üstünlük verən milyarder hələ ki, azlıqların və liberalların üstün olduqları ştatlarda qələbə qazanıb. Ekspertlər partiya rəhbərliyinin ona qarşı vahid namizəd ortaya çıxaracağını düşünürlər. 

Xəbər lenti
0