Bu ölkənin baş naziri gey-parada qatılacaq

© Photo : The Huffington PostCastin Trudo Torontoda keçirilən gey-paradda iştirak edir. Arxiv şəkli
Castin Trudo Torontoda keçirilən gey-paradda iştirak edir. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazirlə yanaşı paradda ölkənin maliyyə naziri, Toronto meri və digər hökumət nümayəndələri iştirak edəcək.

BAKI, 23 fev-Sputnik. Kanadanın baş naziri Justin Trudeau (Castin Trudo) paytaxt Torontoda keçiriləcək gey-paradda iştirak edəcək.

Sputnik CBC-yə istinadən xəbər verir ki, parad iyulun 3-də keçiriləcək. Bu ölkə tarixində bir ilk olacaq. Çünki bundan öncə heç bir hökumət rəhbəri belə bir tədbirdə iştirak etməyib.

"Yenidən gey-paradda iştirak etməyi səbirsizliklə gözləyirəm, əlbəttə bu dəfə baş nazir qismində", — deyə Trudo özünün "twitter" səhifəsində qeyd edib.

Baş nazirlə yanaşı paradda ölkənin maliyyə naziri, Toronto meri və digər hökumət nümayəndələri iştirak edəcək.

Xəbər lenti
0