Devid Kemeron - Böyük Britaniyanın baş naziri

Britaniyanın AB-də üzvlüyünə dair referendumun tarixi elan edilib

17
Bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

BAKI, 20 fev — Sputnik. Böyük Britaniyanın Avropa İttifaqında üzv olaraq qalmasına dair referendum iyunun 23-də keçiriləcək. Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

Qeyd edək ki, referendumun tarixinə dair qərar bu gün, Britaniyanın Nazirlər Kabinetində ölkənin Aİ-də yeni statusu ilə bağlı keçirilən müzakirələr zamanı qəbul edilib.    

Devid Kemeron referendumla bağlı qərarın bazar ertəsi, fevralın 22-də  parlamentə təqdim edəcəyini bildirib. 

Xatırladaq ki, Aİ liderləri 18-19 fevral tarixlərində Brüsseldə Böyük Britaniyanın birlikdə üzv olaraq qalmasının yeni şərtlərini müzakirə ediblər.  

Böyük Britaniyanın baş nazirinin irəli sürdüyü yeni şərtlər dörd sahəni əhatə edir – rəqabət, suverenlik, sosial siyasət və iqtisadi idarəçilik.  

17