Телевизор

100-dən çox televiziya kanalı bağlanacaq

34
Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) 100-dən çox televiziya kanalının bağlanılması barədə qərar verib.

BAKI, 15 fev — Sputnik. Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) 100-dən çox televiziya kanalının bağlanılması barədə qərar verib.

Sputnik Türkiyənin Anadolu agentliyinə istinadla xəbər verir ki,bu barədə RTÜK rəhbəri İlhan Yerlikaya bildirib.

Onun sözlərinə görə, RTÜK-dən lisenziyasını almış, pulunu ödəmiş və qanuni şəkildə yayımlanan televiziyalardan "haqsız rəqabət" və "lisenziyasız yayım" səbəbi ilə şikayətlər olunub. Bu kanallardan bəziləri başqa televiziyaların reytinqi yüksək olan proqramlarını alıb öz proqramları kimi göstərirmiş. 

İlhan Yerlikaya deyib ki, RTÜK-dən lisenziya almadan yayımlanan 100-dən çox kanalın bağlanılması barədə qərar alınıb və bu qərar TÜRKSAT-a bildirilib: "Bu kanalların bir qismi bağlanıldı, bir qisimiylə əlaqədar işlər davam edir".

Yerlikaya bu qərar ilə bağlı ictimaiyyət tərəfindən bir çox müsbət reaksiya ilə qarşılaşdıqlarını da söyləyib.

34