Dünya tarixində rekord büdcə təklifi açıqlandı

© wikimedia.orgABŞ Konqresi
ABŞ Konqresi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Barak Obama 4.1 trilyon dollarlıq büdcə təklifini Konqresə göndərib. Respublikaçılar layihəni sərt tənqid etsələr də, demokratlar ölkənin gələcəyinə baxımından təkliflərin qəbul edilməsini istəyirlər.

BAKI, 10 fev — Sputnik. ABŞ prezidenti Barak Obama, 2017-ci il üçün 4.1 trilyon dollarlıq rekord büdcə təklifini Konqresə göndərib. Sputnik Milliyet-e istinadən xəbər verir ki, 2017-ci ilin büdcə təklifi terror, iqlim dəyişikliyi, kiberhücumlar və xərçənglə mübarizədən təmiz enerji investisiyalarına qədər bir çox sahələri əhatə edir.

İqtisadçılar Azərbaycanın büdcə siyasətinin əsas istiqamətlərini müzakirə etdilər - Sputnik Azərbaycan
VİDEO
İqtisadçılar Azərbaycanın büdcə siyasətinin əsas istiqamətlərini müzakirə etdilər

1 Oktyabr 2016-cı il — 30 sentyabr 2017-ci il dövrünü əhatə edəcək büdcə, ölkənin gələcəyini zəmanət altına alacaq cəhdlər üçün 4.1 trilyon dollarlıq rekord xərcləmələri nəzərdə tutur. Obamanın səkkizinci və son büdcə planı çərçivəsində, ABŞ Müdafiə Nazirliyinə 582.7 milyard, Xarici İşlər Nazirliyinə 50.1 milyard, Maliyyə Nazirliyinə 13.3 milyard dollar ayrılması planlaşdırılır. Buna qarşı gələcək 10 ilə bağlı büdcə açığını vergi gəlirlərinin artırılmasıyla, 2.9 trilyon dollar azaldılacağı qeyd olunur.

İŞİD-lə mübarizəyə 11 milyard dollar

Büdcə planında İŞİD-in yox edilməsinə yönəlik fəaliyyətlər üçün 11 milyard dollarlıq maliyyə ayırılması nəzərdə tutulur. ABŞ-ın Müdafiə və Xarici İşlər nazirliklərinə köçürüləcək 11 milyard dolların, İŞİD-ə qarşı döyüşən qrupların təhsili və avadanlıqla təmin edilməsinə, təşkilatın maliyyə qaynaqlarının kəsilməsinə, regional partnyorların gücləndirilməsinə, qarşıdurmalardan əziyyət çəkən insanlara humanitar yardım göstərilməsinə yönələcək. Bu vəsaitdən, həmçinin Suriyadakı vətəndaş müharibəsinə siyasi bir çözümün tapılması üçün istifadə edilməsi planlaşdırılır.

Rusiyaya qarşı 4.3 milyard dollar

Büdcə təklifi, həmçinin "Rusiyanın təcavüzkar mövqeyinə" məruz qalan NATO müttəfiqləri və Avropa, Avrasiya, Orta Asiyadakı partnyor ölkələrin müqavimətini artırmaq məqsədiylə 4.3 milyard dollar xərclənməsini ehtiva edir. Vəsaitin bölgədəki ölkələrə siyasi, iqtisadi və hərbi dəstəyi təmin edəcəyi bildirilir.

Rusiyanın S-400 raket kompleksi - Sputnik Azərbaycan
RUSİYA
"ABŞ-ın Avropadakı hərbi fəallığına qarşı tədbir görəcəyik"

Kiberhücumlara qarşı 19 milyard dollar

Son illərdə gedərək artan kiberhücumlar 2017-ci ilin büdcəsində də əks olunub. Obama kompüter piratlarının hədəfi olan federal təşkilatların təhlükəsizliklərinin gücləndirilməsi məqsədilə 19 milyard dollarlıq maliyyə ayrılmasını tələb edir.

Hər bir barelə görə 10 dollarlıq neft vergisi

Büdcə təklifində ən diqqətçəkən maddələrdən biri də ölkədəki neft şirkətlərinə çıxardıqları və idxal etdikləri hər barel neft üçün 10 dollar vergi tətbiq edilməsidir. Buradan əldə ediləcək təxminən 320 milyard dollarlıq gəlirin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində təmiz infrastruktur və enerji sərmayələri üçün istifadə ediləcəyi ifadə edilir.

Xərçənglə mübarizəyə 1 milyard dollar

U.S. President Barack Obama - Sputnik Azərbaycan
Obama: İŞİD ABŞ üçün xüsusi təhlükə törətmir

Obama həmçinin büdcə çərçivəsində xərçəngin müalicəsinə istiqamətli araşdırmalar üçün 1 milyard dollar maliyyə ayrılmasını istəyib. Əlavə olaraq büdcə ABŞ-ın Milli Səhiyyə İnstitutuna araşdırma layihələri üçün 33.1 milyard dollar mənbənin təmin edilməsini nəzərdə tutur.

Respublikaçılar büdcə təklifini tənqid etdi

Konqresin Respublikaçı üzvləri Obamanın 4.1 trilyon dollarlıq rekord büdcə tələbini sərt şəkildə tənqid ediblər. Nümayəndələr Palatasının başçısı Paul Ryan açıqlama verərək deyib ki, Obama vəzifəsini balanslı bir büdcə təqdim etmədən buraxacaq. Ryan barel başına 10 dollarlıq neft vergisi təklifinə də qarşı çıxıb.

Obama hesab edir ki…

Barak Obama isə tənqidlərə Ağ Evdə etdiyi qısa açıqlama ilə cavab verib. Son büdcə təklifinin ABŞ-ın təhlükəsizliyini və rifahını artıracağını ifadə edən Obama deyib ki, bu gün açıqlanan büdcə Amerikanın gələcək illərdəki təhlükəsizliyini və rifahını artıracağına inanır: "Büdcə layihəsindəki təkliflər, bizim zərərimizə deyil, xeyrimizə olacaq".

Xəbər lenti
0