BMT Türkiyənin istəyini qəbul etdi

© AFP 2023 / ALEXANDER KLEIN BMT-nin Vyana ofisi
BMT-nin Vyana ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə, PKK-nın Suriyadakı qolu olan PYD-nin danışıqlara dəvət olunacağı təqdirdə, Cenevrədə keçiriləcək müzakirələri boykot edəcəklərini bildirmişdilər

BAKI, 27 yan — Sputnik. PKK terror təşkilatının Suriyadakı qolu olan "PYD" ("Demokratik Birlik Partiyası") Cenevrədə keçiriləcək "Suriyada vəziyyətin tənzimlənməsinə dair" toplantıya dəvət olunmayacaq. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Fransanın xairici işlər naziri Loran Fabius deyib.

"BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Staffan Mistura mənə, PYD-nin Cenevrədəki toplantıya qatılmayacağını söylədi" deyə Fabius qeyd edib.

Xatırladaq ki, Türkiyə hökumət rəsmiləri PKK-nın Suriyadakı qolu olan PYD-nin danışıqlara dəvət olunacağı təqdirdə Cenevrədə keçiriləcək müzakirələri boykot edəcəklərini bildirmişdilər.

Xəbər lenti
0