Президент Ирана Хасан Рухани

İran prezidentindən ABŞ-a tarixi çağırış

68
(Yenilənib 18:42 27.01.2016)
Həsən Ruhani: "Biz Vaşinqtonla münasibətlərin tamamilə bərpa olunacağına ümid edirik. Sanksiyaların ləğvindən sonra ABŞ-dan mülki təyyarə ala bilər, həmçinin bu ölkəyə xalça, püstə və başqa yerli məhsullar sata bilərik"

BAKI, 27 yan — Sputnik. "Sanksiyaların ləğv olunması ABŞ-İran münasibətlərindəki problemləri həll etmir. Biz Vaşinqtonla münasibətlərin tamamilə bərpa olunacağına ümid edirik".

Sputnik xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Romada keçirdiyi mətbuat konfransında deyib.

"İki ölkə arasındakı gərginliyin aradan qalxması Tehrandan yox, Vaşinqtondan asılıdır", —Ruhani bildirib.

İran prezidenti sanksiyaların ləğvindən sonra ABŞ-dan mülki təyyarə almalarının, bu ölkəyə xalça, püstə və başqa yerli məhsullar satmalarının mümkün olacağını söyləyib. O, ABŞ şirkətləri ilə birgə məhsul istehsal etməyə və amerikalıların sərmayələrini qəbul etməyə hazır olduqlarını da vurğulayıb.

68
Teqlər:
ABŞ-İran münasibətləri, sanksiya, Tehran, Vaşinqton
Əlaqədar
"İran bazarı Azərbaycan və Türkiyə üçün yaxşı fürsətdir"
İsraildən şok İran bəyanatı
İrandan Türkiyəyə mühüm mesaj
"İran qonşulara münasibətdə fikir ayrılığını aradan qaldırmalıdır"
Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü, Rossiya Segodnya media qrupunun icraçı direktoru Kirill Vışinski, Latviyanın Moskvadakı səfirliyi yanında Latviya və Baltikyanı ölkələrdə rusiyalı media işçilərinin təzyiqlərinə qarşı piketdə

Vışinski Butina Latviya səfirliyi qarşısında etiraz aksiyası keçirdilər

1
(Yenilənib 18:51 26.01.2021)
"Latviyada yalnız bizim həmkarımız olan jurnalistlərin deyil, həmvətənlərimizin də hüquqları kobud şəkildə pozulur. Jurnalistlərin əsas haqqı əlindən alınır, onlara işləmək istədikləri redaksiyanı seçmək hüququ verilmir"

BAKI, 26 yanvar — Sputnik. Rusiyanın İnsan Hüquqları Şurasının üzvü, "Rossiya seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski və İctimai Palatanın üzvü, Amerika həbsxanasından azadlığa buraxılmış Mariya Butina Latviyanın Moskvadakı səfirliyinin qarşısında təkbaşına etiraz aksiyası keçiriblər. Onlar Rusiya KİV-lərində çalışanların Latviyada və bütövlükdə Baltikyanı ölkələrdə təqib olunmasına etiraz ediblər. Bu barədə RİA Novosti məlumat yayıb.

Aksiya vaxtı simvolik olaraq qollarına qandal taxmış Butina üzərinə "Sərt rejimin söz azadlığı zonası" yazılmış plakat açıb. Vışinski də öz növbəsində jurnalistlərin təqib olunmasını dayandırmağa çağırıb.

"Təəssüf ki, mən bir daha qandal taxmaq məcburiyyətində qaldım. Əslində, bu mənim görmək istədiyim axırıncı işdir, ancaq başqa əlacım yoxdur. Bu bizim həmvətənlərimizlə, Latviyadakı jurnalistlərlə həmrəylik aksiyamızdır. Onları alternativ nəzər nöqtəsinə sahib olduqlarından, Rusiya KİV-ləri ilə əməkdaşlığa görə təqib edirlər", – deyə Butina vurğulayıb.

İctimai fəal Latviyada baş verənləri hakimiyyətin söz azadlığına və ümumbəşəri dəyərlərə qarşı zülmü kimi dəyərləndirib.

"Latviyada yalnız bizim həmkarımız olan jurnalistlərin deyil, həmvətənlərimizin (rusların) də hüquqları kobud şəkildə pozulur. Jurnalistlərin əsas haqqı əlindən alınır, onlara işləmək istədikləri redaksiyanı seçmək hüququ verilmir. Latviyada Avropa sanksiyaları kimi anlayışların manipulyasiya edilməsi faktı təkcə biz, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən deyil, həm də ölkəmizə bir o qədər də rəğbət bəsləməyən təşkilat - Sərhədsiz Reportyorlar Birliyi tərəfindən də qeydə alınıb", – deyə Vışinski vurğulayıb.

© Sputnik / Maksim Blinov

Xatırladaq ki, 2020-ci ilin dekabr ayının 3-də Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Riqada Sputnik Latviya və Baltnews-la əməkdaşlıq edən jurnalistlərlə bağlı xüsusi əməliyyat keçiriblər. Rusdilli jurnalistlərə qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə (beynəlxalq təşkilatların sanksiyalarına əməl etməmək) ittiham irəli sürülüb. Bununla əlaqədar jurnalistlər dindiriliblər, onların evlərində axtarış aparılıb və ölkədən çıxmamaları barədə dillərindən iltizam alınıb.

Qeyd edək ki, hadisə baş verdiyi vaxt Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək Latviya Dövlət Təhlükəsizlik Xidmətinin Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin pozulması kimi qiymətləndirib.

"Rossia seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov isə Latviya hakimiyyət orqanlarının jurnalistlərə qarşı hərəkətini "AB sanksiyalarının yersiz yozumu" kimi dəyərləndirib.

1
Teqlər:
səfirlik, Latviya, etiraz, Kirill Vışinski
İran və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov, arxiv şəkli

Lavrov Zərif Qarabağa dair nəyi müzakirə ediblər?

25
(Yenilənib 17:02 26.01.2021)
"Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. "Biz Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Biz yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistanın Baş nazirinin görüşündə əldə olunan razılaşmalar barədə (qonağı) məlumatlandırdıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Bu görüşdə region ölkələrinin də iştirakı ilə Cənubi Qafqazda iqtisadi, nəqliyyat və digər əlaqələrin bərpası üçün əməkdaşlığa dair qərar qəbul edilib. Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək", - deyə Lavrov qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

25
Teqlər:
görüş, Məhəmməd Cavad Zərif, Sergey Lavrov, Azərbaycan, Qarabağ