BAKI, 23 yan — Sputnik. Dünyanın ən çox yaşayan adamı Zaro ağa 1777-ci ildə Türkiyənin Bitlis vilayətinin Mutki mahalının Meydan kəndində doğulub, 1934-cü ildə İstanbulda vəfat edib.
Sputnik-in “Milliyət”-ə istinadən verdiyi məlumata görə, Zaro ağa dünyaya gələndə Osmanlı imperiyasında birinci Əbdülhəmid hakimiyyətdə idi.
Gənclik illərində İstanbula köçəndə hakimiyyətdə üçüncü Səlim idi.
“Ortaköy”, “Nusretiye” məscidlərinin, hərbi birliklərin sığınması üçün “Səlimiyə Kışlası”, “Dolmabahçe” Sarayının inşasında əməyi olub. Bunların hamısı o illərdə inşa edilmişdi və Zaro ağa bu tarixi strukturların inşasında çalışmışdı. Bir çox müharibələri gördü (Krım savaşı, Rus savaşı, Balkan savaşı və s.).
Uzun həyatı boyunca səltənətini gördüyü padşahları saymaqdan yorulacaqsınız: birinci Əbdülhəmid, üçüncü Səlim, ikinci Əbdülhəmid, beşinci Murad…
Uzun yaşamaq istəyənlərə bol bol qatıq yeyin deyərdi.
İstanbuldakı ömrünü kiçik bir evdə keçirdi. Erkən yediyi axşam yeməklərində süfrəsində yalnız qatıq ya da yalnız çörəklə ayran saxlayardı. Tam 100 il bu vərdişini dəyişdirmədi.
İstanbulda hamballıq da etdi. Hamballar teşkilatını o qurdu. Ancaq, qəmli həyatı bundan sonra başladı. İki Amerikalı yəhudi Zaro ağayı yeni bir həyat vədi ilə Amerikaya getməyə razı saldı.
Zaro ağa Nyu-York-da böyük bir mərasimlə qarşılandı.
Ancaq onu aparanların niyyətləri başqa idi. Xüsusi bir paltar geyindirib sirklərdə dünyanın ən yaşlı insanıdır deyə nümayiş etdilər.
Şəkil çəkdirmək 10 dollar, öpmək 15 dollar idi. 150 yaşındakı ağanı əyalət əyalət dolaşdırıb sonradan pulsuz-parasız gətirib İstanbula buraxdılar.
Bu həyat tərzi ona çətin gəldi. 29 iyun 1934-cü ildə İstanbulda vəfat etdi. 157 yaşına qədər sağlam olan və həkimə getməyən Zaro ağanın son ildə ciyərlərində vərəm, ürəyində böyümə ortaya çıxmışdı.
Dəfn edilərkən nəvəsinin nəvələrindən biri belə qışqırıb: Atam, öldü! Dünyada doya-doya yaşaya bilmədən getdi.
157 illik həyatında 20 dəfə evləndi. Həyat yoldaşlarına laqeyd yanaşmadı. Amma uşaqlarının və nəvələrinin sayını o da bilmirdi.
BAKI, 23 aprel — Sputnik. Baş rollarında Ebru Şahin və Akın Akınözünün çəkildiyi "Hercai" serialında növbəti dəfə gərginlik yaşanıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahmud rolunu ifa edən Emrullah Omay dostları ilə birgə çəkiliş meydanına hücum edib və aktyorlara silah çəkib.
Hadisə baş verməzdən əvvəl Omay aktyorlardan onun dostları ilə şəkil çəkdirmələrini istəyib. Lakin həmin an gərgin çəkiliş prosesi getdiyindən həmkarları onun sözünü yerə salıb. Bundan sonra gərginlik yaşanıb.
Yaranan mübahisə zamanı bir adam döyülüb. Daha sonra hadisə yerli sakinlərin araya girməsi ilə səngiyib.
BAKI, 22 aprel — Sputnik. Aktyor Kamran Ağabalayev Türkiyənin məşhur "Kırmızı oda" serialından təklif alıb. Sputnik Azərbaycan xəbər verir ki, ekran işinə çəkilmə təklifi alsa da, o, gedə bilməyib. Buna səbəb isə hazırda "GoEast 2021" film festivalında olmasıdır.
Qeyd edək ki, K.Ağabalayev Festivala Elvin Adıgözəlin "Biləsuvar" filmi ilə qatılıb. Festival aprelin 20-də başlayıb, 29-na kimi davam edəcək. Aktyorun "Kırmızı oda"da çəkilmək üçün bu həftənin cümə günü İstanbulda olması istənilib.
“25-59 yaşlılarda koronavirusa yoluxma faizi qorxuducu şəkildə artır. Amma bununla belə dünya qarşıdakı aylarda qlobal pandemiyanı nəzarət altına almaq imkanına malikdir”. Bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus deyib.
Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, yoluxma sayında sürətli artım demək olar dünyanın hər yerində qeydə alınır: “Vaksinasiya və immunizasiyanın getməsinə baxmayaraq yoluxma da artır. Ancaq düşünürəm ki, bu pik nöqtənin enişi də olacaq. Biz kollektiv immunitetə doğru gedirik. Bu isə cəmiyyətin infeksiyaya qarşı həssaslığının itməsi ilə nəticələnəcək. Bir müddət sonra isə infeksiyanın tədricən yoxa çıxması müşahidə ediləcək”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz